Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muscari longipes (lat. Muscari longipes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN

Muscari longipes

  • Ana Səhifə
  • Vikipediya
  • Muscari longipes

Muscari longipes (lat. Muscari longipes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2abc +3bc+4abc; B1ab (iii, iv, v) c (ii, iii) + 2b (iii, iv, v) c (ii, iii, iv). Azərbaycanın nadir növüdür.

Muscari longipes
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Qulançarkimilər
Yarımfəsilə:
Zümrüdçiçəyikimilər
Cins:
İlansoğanı
Növ:
Muscari longipes
Beynəlxalq elmi adı
  • Muscari longipes Boiss., 1854
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik ot bitkisidir. Soğanaqları iridir, yumurtavar-kürəkşəkillidir, 3-4 sm-ə qədər enindədir, boz-qəhvəyi qınlıdır. Gövdəsi düzdür, 40-70 sm hündürlükdədir. Yarpaqları yastıdır, 10-20 mm enindədir, kənarları kələ-kötürdür. Salxımı dğınıqdır, enli-konsvari, 20-45 sm uzunluğundadır. Barsız çiçəkləri çoxsaylıdır, mavi rəngdə olmaqla, çiçəkdən bir neçə dəfə uzundur, qıvrımdır, qövsvari əyilmişdir. Meyvəverən çiçəklərdə çiçəkyanlığı sarımtıl və ya qəhvəyi-yaşıl rəngdədir, uzunsov boruşəkillidir, tam silindrvaridir. Çiçəkləmə və meyvəvermə vaxtı aprel və may aylarına təsadüf edir. Mezokserofitdir. Toxum və soğanaqlarla çoxalır. Dağətəyi, aşağı və yuxarı dağ qurşaqlarında, aranda, daşlı-çınqılı, otlu, dağ yamaclarında, yarımsəhralarında rast gəlinir. Dekorativ bitkidir.

Azərbaycanda yayılması

Kür-Araz ovalığı, Lənkəranın Muğan hissəsi, Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu, Ardıc dağ, Havuş kəndi və Şahbuz rayonu Kükü dağ ərazisi).

Sayı və tendensiyası

Populyasiyalarına az-az rast gəlinir. Fraqmentləşmiş sahələrinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Bəzək xüsusiyyətlərinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.

Sinonimləri

Homotipik sinonimləri

  • Bellevalia longipes (Boiss.) Bornm.
  • Leopoldia longipes (Boiss.) Losinsk.

Yarımnövləri

  • Muscari longipes subsp. longipes
  • Muscari longipes subsp. negevense (Feinbrun & Danin) Hosni

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muscari longipes haqqında məlumat. Muscari longipes nədir? Muscari longipes nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qırxlar qəbiristanlığı

  • Fevral 27, 2026

    Patogen

  • Fevral 27, 2026

    Əhəməni memarlığı

  • Fevral 27, 2026

    Vladimir Voronin

  • Fevral 27, 2026

    Pyer Buger

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst