Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musanın övladları (türk. Musa'nın Çocukları) — Ərgün Poyraz tərəfindən yazılmış, 2007-ci ildə nəşr olunan və əsasən Rəcəb Tayyib Ərdoğanı, eyni zamanda onun həy

Musanın övladları

  • Ana Səhifə
  • Vikipediya
  • Musanın övladları

Musanın övladları (türk. Musa'nın Çocukları) — Ərgün Poyraz tərəfindən yazılmış, 2007-ci ildə nəşr olunan və əsasən Rəcəb Tayyib Ərdoğanı, eyni zamanda onun həyat yoldaşı Əminə Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AKP) hədəf alan antisemit kitab.

Musanın övladları
türk. Musa'nın Çocukları
Orijinalın dili türk dili
Orijinalın nəşr ili 2007

Mündəricat

Zəmin

Ərgün Poyraz keçmişdə əsasən Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanı, eyni zamanda AKP, Abdullah Gül, Bülənt Arınc, Dəniz Baykal və Fətullah Güləni hədəf alan bir çox başqa kitablar yazmışdır. O, həmin şəxsləri ABŞ və İsrail üçün agentlikdə və ya onlara işləyən gizli yəhudi olmaqda ittiham etmişdi.

Məzmunu

Kitabda Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən kripto-yəhudi olmaqda, özlərini türk kimi təqdim edərək türk sekulyarizmini zəiflətmək üçün islamçılığı qəsdən artıraraq türk cəmiyyətini daxildən məhv etməkdə və öz növbəsində din vasitəsilə türkləri asanlıqla manipulyasiyaya məruz qoymaqda ittiham olunurdular. Kitabda həmçinin, Rəcəb Tayyib Ərdoğanın özünün və həyat yoldaşının türk olmayan mənşəyini qürurla bəyan etdiyi və özlərini türk hesab etmədiyi müxtəlif məqamlarda sitat gətirilmişdir. Ərdoğanın Türkiyə və onun qurulmasına qarşı düşmənçilik ifadələri də yer almışdır. Onun yəhudi təşkilatları ilə əlaqələri də qeyd edilmişdir. Kitaba görə, Ərdoğan ictimaiyyəti müsəlman türk vətənpərvəri olduğuna inandırmaq üçün geniş tədbirlər görür. ABŞ və Birləşmiş Krallıq Türkiyəyə qarşı işlərində Ərdoğan və İsrailə kömək etməkdə günahlandırılmışdır.

Qəbulu

Kitabın nəşrindən sonra Ərgün Poyraz karyerasında dönüş nöqtəsi ilə üzləşmişdi, çünki əvvəllər Türkiyə rəsmiləri ilə heç vaxt problem yaşamamışdı. Rəcəb Tayyib Ərdoğan Poyrazı məhkəməyə vermiş və 4 min lirə qazanmışdır. Hökmdə Poyraz və kitabı nəşr edən şirkətə də 20 min lirə təzminat ödəməsi və kitabın bütün nəşrlərinin dayandırılması tələb edilmişdir.

Ərgün Poyraz kitab çıxdıqdan dərhal sonra aldığı təhdidlər, eləcə də həyatına dair qorxular səbəbindən Jandarma mühafizəsinə keçməli olmuşdur. Beşiktaş Baş Prokurorluğunun əmrindən sonra jandarmın mühafizəsi altında onun evinə gedən polislər onu 27 iyul 2007-ci ildə həbs etmişdilər. Həmin həftə Ərdoğanı tənqid edən yazılar dərc edən İsmayıl Yıldız da həbs edilmiş, Ərdoğan Yıldıza qarşı 60 ayrı iddia qaldırmışdır. Vəkili Poyraz və Yıldızın həbslərinin Ərdoğanı tənqid edənləri hədəf alan eyni əməliyyatın bir hissəsi olduğunu iddia etmişdir, lakin Poyrazın həbsinə səbəb onun "Ergenekon" işində əli olması olmuşdur. Poyraz həbsdə qalmış və 2013-cü ildə 29 il həbs cəzasına məhkum edilmişdir. O, və 6 ildən çox həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Musanın övladları haqqında məlumat. Musanın övladları nədir? Musanın övladları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    9 iyun

  • Fevral 23, 2026

    Normal paylanma

  • Fevral 20, 2026

    Cozef Aun

  • Fevral 23, 2026

    Ampermetr

  • Fevral 24, 2026

    Mehri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst