Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Murad Məmməd oğlu Aşurov (1941, Zod, Basarkeçər rayonu – may 2017) — Xanlar Rayon İcra Hakimiyyətinin başçısı, Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri, Az

Murad Aşurov

  • Ana Səhifə
  • Vikipediya
  • Murad Aşurov

Murad Məmməd oğlu Aşurov (1941, Zod, Basarkeçər rayonu – may 2017) — Xanlar Rayon İcra Hakimiyyətinin başçısı, Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Xanlar Rayon, Qazax Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi.

Murad Aşurov
Xanlar Rayon İcra Hakimiyyətinin başçısı
noyabr 1991 – 30 sentyabr 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıPənah Məmmədov
Yevlax Rayon Xalq Deputatları Sovetinin sədri
1990 – 1991
Sonrakıvəzifə təsis edilib
Azərbaycan Kommunist Partiyası Yevlax Şəhər Komitəsinin birinci katibi
1990 – 1991
Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi
14 dekabr 1985 – 1990
ƏvvəlkiAslan Süleymanov
Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri
21 may 1985 – 12 dekabr 1985
ƏvvəlkiYunis Rzayev
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi
1978 – 1985
ƏvvəlkiFeyruz Mustafayev
SonrakıQərib İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 1941(1941)
Doğum yeri
  • Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi may 2017(2017-05) (75–76 yaşında)
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (–1968),
  • Bakı Ali Partiya Məktəbi (1969),
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi
Təltifləri "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Murad Aşurov 1941-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. O, Xanlar pedaqoji məktəbində təhsil almışdır. 1960-cı ildə əmək fəaliyyətinə başlamışdır. O, Jdanov rayonunun Xələc kənd orta məktəbində müəllimlik etmişdir.

1962-ci ildə Azərbaycan Dövlət Universiteti yanında hazırlıq kursunu bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1 il sonra qiyabi şöbəyə keçərək Xanlar rayonuna qayıtmışdır. 1968-ci ildə isə məzun olmuşdur. O, 1969-cu ildə Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi olduğu müddətdə Səməd Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqronomluq təhsili almışdır.

İctimai-siyasi fəaliyyəti

Murad Aşurov Xanlar rayonuna qayıtdıqdan sonra Xanlar Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin mədəniyyət şöbəsinin təlimatçısı olaraq çalışmışdır. 1965–1968-ci illərdə Xanlar Rayon Komsomol Komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. O, 1969-cu ilədək bu vəzifədə çalışmışdır. Ali partiya təhsilini aldıqdan sonra o, 1971–1975-ci illərdə Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, daha sonra isə Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.

Murad Aşurov 1978-ci ildən 1985-ci ilədək Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibi vəzifəsini daşımışdır. 1985-ci ildə Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləmiş, daha sonra Azərbaycan Kommunist Partiyası Qazax Rayon, ardınca isə Yevlax Şəhər Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir.

Müstəqillik dövründə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 30 sentyabr 1992-ci il tarixli 228 nömrəli fərmanı ilə bu vəzifədən azad edilmişdir.

Parlamentdə

Murad Aşurov Azərbaycan SSR Ali Sovetinin X çağırış və XII çağırış deputatı seçilmişdir.

XII çağırış ərzində Murad Aşurov Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının, DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün Redaksiya komissiyasının, Qaçqınlar məsələsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Soveti komissiyasının üzvü seçilmişdir.

Mükafatları

Murad Aşurov 10 yanvar 1991-ci ildə respublikanın partiya və sovet orqanlarında uzun illər səmərəli işlədiyinə görə Murad Məmməd oğlu Aşurov Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti Ayaz Mütəllibovun 131 nömrəli fərmanı ilə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif olunmuşdur.

O, həmçinin "Oktyabr inqilabı" və "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə də təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, murad aşurov sözünün mənası, murad aşurov haqqında məlumat. murad aşurov nədir? murad aşurov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Qalayçılar

  • Fevral 23, 2026

    Yapon dili

  • Mart 01, 2026

    Lombardiya–Venesiya krallığı

  • Fevral 27, 2026

    Qaur

  • Mart 06, 2026

    Nizami simfoniyası

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst