Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moqao mağaraları, (çin. 莫高窟), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq ş

Moqao Mağaraları

  • Ana Səhifə
  • Vikipediya
  • Moqao Mağaraları

Moqao mağaraları, (çin. 莫高窟), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq şəhərin 25 km cənub-şərqində Minqsha dağının ətəyində yerləşən mağarada 492 məbəd vardır.

Moqao mağaraları
çin. 莫高窟
Ölkə  ÇXR
Üslubu Çin memarlığı
Vəziyyəti stabil
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyai, ii, iii, iv, v, vi
Təyin edilib1987
İstinad nöm.440
DövlətÇXR
RegionAsiya
40°02′14″ şm. e. 94°48′15″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi İpək Yolunun üzərində yerləşən mağarada Buddist sənətinin ən gözəl əsərləri vardır.Buddist yeraltı məbədinin tikilişinə 366-cı ildə başlamış və bu dövr ərzində burada ən dəyərli buddist əsərlərinə sığınacaq olmuşdur. Moqao mağaraları Lonqmen mağara-məbəd kompleksi və Yunqan mağara-məbəd kompleksi ilə birliktə Çinin ən tanınan Buddist yeraltı məbədlərindən biridir.

1987-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.

Mündəricat

Tarixi

Danışılanlara görə 366-cı ildə Lezun (Lè Zūn, 樂尊) adında bir Buddist rahip Dunhuanq şəhərinə gəlir. Minqsha Dağına baxan zaman qızıl rəngli günəş işıqlarının arasında minlərlə Budda xəyal edən Lezun, xəyalından ilham alaraq ilk mağaranın qazıntısına başlayır. Sonralar mağaraların sayı artır, Tan sülaləsi dövründə mağaraların sayının minə çatdığı məlumdur. Sadə bir həyat tərzi seçən Buddist rahiplər kamilləşmək məqsədi ilə bu mağaralara üz tuturdular. IV əsrdən XIV əsrə kimi rahiblər qərbdən heykəlləri Dunhuanq şəhərinə gətirmiş, ipək yolundan keçən bəzi tacirlər isə buraya gözəl rəsm əsərləri hədiyyə etmişlər.

Mağaralar

Tan sülaləsi dövründə mağaraların sayı minə çatmışdı.Bu gün isə bizə 735 mağara məlumdur. Şimal bölgədə olan mağaralar sadə cənub bölgədə olan mağaralar isə təmtəraqlı idi. Yeni sülalələr hakimyətə gəldikdə yeni mağaralar tikilirdi. Bu səbəblə mağaraların içi, heykəllər və rəsm əsərləri bir-birindən kəskin fərqlənir. Ümumilikdə mağaranın divarlarındakı rəsm əsərləri 42000 m² ərazini tutur. XI əsrdən sonra bəzi mağaralar divarlar ilə bağlanaraq qiymətli əlyazmalar və müqəddəs əşyalar üçün anbar rolunu oynayırdı. Bu gün beş yüzə yaxın mağaranın tikilmə ili öyrənilmişdir:

  • On altı barbar (çarlıqlar) (366-439) - 7 mağara
  • Şimali Şei (439-534) və Qərbi Şei (535-556) - 10 mağara
  • Şimali Zhou (557-580) - 15 mağara
  • Suy sülaləsi (581-618) - 70 mağara
  • Erkən Tan sülaləsi (618- 704) - 44 mağara
  • Böyük Tan sülaləsi (705-780) - 80 mağara
  • Orta Tan sülaləsi (781-847) - 44 mağara
  • Son Tan sülaləsi (848-906) - 60 mağara
  • Beş sülalə on krallıq (907-960) - 32 mağara
  • Sun imperiyası (960-1035)- 43 mağara
  • Si Sya (1036–1226) - 82 mağara
  • Yuan sülaləsi (1227–1368) - 10 mağara

Şəkillər

  • Xuanzanqın başcılığı ilə dini mərasim
    Xuanzanqın başcılığı ilə dini mərasim
  • Budist məbədin şəkli
    Budist məbədin şəkli
  • Çin imperatorunun budizm ilə məşğul olması
    Çin imperatorunun budizm ilə məşğul olması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Moqao Mağaraları haqqında məlumat. Moqao Mağaraları nədir? Moqao Mağaraları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hassa

  • Fevral 27, 2026

    Osmanlı sultanları

  • Fevral 25, 2026

    Çaylı döyüşü

  • Fevral 27, 2026

    Maharaştra

  • Fevral 27, 2026

    Lüdviqshafen

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst