Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eduard Montqomeri Klift (ing. Edward Montgomery Clift; 17 oktyabr 1920, Nebraska, ABŞ — 23 iyul 1966, Nyu-York, ABŞ) — ABŞ aktyoru.

Montqomeri Klift

  • Ana Səhifə
  • Vikipediya
  • Montqomeri Klift

Eduard Montqomeri Klift (ing. Edward Montgomery Clift; 17 oktyabr 1920, Nebraska, ABŞ — 23 iyul 1966, Nyu-York, ABŞ) — ABŞ aktyoru.

Montqomeri Klift
ing. Montgomery Clift
Doğum adı Eduard Montqomeri Klift
Digər adı Monti Klift
Doğum tarixi 17 oktyabr 1920
Doğum yeri Omaha, Nebraska, ABŞ
Vəfat tarixi 23 iyul 1966 (45 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi ürək tutması
Atası Uilyam Bruks Klift
Anası Etel Anderson
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1933-1966
Təhsili
  • Aktyorlar studiyası[d]
Boyu 177 sm
IMDb ID0001050
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Montqomeri Klift 17 oktyabr 1920-ci ildə ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atası Uilyam Bruks Klift Omaha Milli İnam Şirkətinin vitse-prezidenti idi. Uşaqların qayğısına daha çox anaları Etel Anderson qalırdı. O, tez-tez balaca Montini, onun əkiz bacısı Robertanı və qardaşı Bruksu Avropaya səyahətə aparardı. Kliftlərin Bermud adalarında evi olduğu üçün ora da gedirdilər. Səfərlər zamanı uşaqların təhsili ilə bağlı məsələləri həll etmək üçün valideynlər şəxsi müəllim tutmuşdular. Lakin 1929-cu ildə Kliftlərin bu sistemli ailə həyatı pozuldu. Səbəb bu vaxt Böyük böhranın başlanması idi.

Montinin 13 yaşı tamam olanda onlar Florida ştatının Sarasota şəhərinə köçdülər. Gələcəyin məşhur aktyoru məhz bu şəhərdə yerli gənc dramatik klubunda iştirak etmiş və ilk dəfə teatr meydanında öz gücünü sınamışdı. Montqomeri bu sahəyə çox ciddi yanaşmağa başlamışdı. Onun səhnədə necə təbii çıxış etməsini görən anası Montqomeriyə peşəkar aktyorluq fəaliyyətinə başlamaq ideyasını verir. Tezliklə Kliftlər ailəsi yenidən yaşadıqları yerdən köçürlər. Bu dəfə onlar Massaçusets ştatının Şeron şəhərində məskunlaşırlar. Montqomeri "Evə uç" adlı brodvey quruluşunun sınaqlarından uğurlar keçir. Bu rolu düz iki mövsüm ifa edir. Montqomeri "Təbiət qadını" tamaşasında baş rolu alan zaman ailəsi Manhettenə köçür. Bu rol hələ 17 yaşında ona ulduz statusu vermişdi.

Yaradıcılığı

Klift Brodveydə 1942-ci ildə debüt etmişdi. Tornton Uaylderin pyesinin uğurundan sonra o, əsərin müəllifi ilə yaxından tanış olur. Müəllif ona Hollivuddan uzaq olmağı məsləhət görür.

Teatrda fəaliyyətindən 10 il sonra Kliftin çoxlu borcu var idi. 13 min dollar həcmində olan borcunu ödəmək üçün Klift Hovard Houksun "Qırmızı çay" filminə çəkilmək təklifini qəbul edir. Filmdə onun tərəf-müqabili Con Ueyn idi. Bu ekran əsəri bu gün də ən böyük vesternlərdən biri sayılır. Elə həmin ildə o, "Axtarışlar" filmindəki roluna görə "Oskar" mükafatına namizəd olur. Bu rol onu Hollivudun yeni seks-simvolu kimi məşhurlaşdırdı.

Bioqraflar Kliftin biseksual olması ilə bağlı fərziyyə irəli sürərək onun qadınlarla olduğu kimi kişilərlə də sevgi macəralarının olduğunu deyirlər. "Günəş altında yer" filmində Elizabet Teylorla olan sevgi səhnələri – ekranda kişi və qadın arasında olan romantik münasibətlərin yeni forması hesab olunur. Onun Teylorla dostluq münasibətləti ömrünün sonuna qədər qalmışdı.

Aktyorun "Sanset bulvarı" və "Cənnətdən şərqə" filmlərinə dəvətdən imtina etməsinə baxmayaraq, o, heç vaxt rejissor dəvətlərindən azlıq hiss etmirdi. 1958-ci ildə Klift, onun rəqiblərindən biri hesab olunan aktyor Marlon Brando ilə birlikdə "Cavan şirlər" filmində çəkildi. Onlar eyni kino məktəbini bitirmiş, bir-birinə oxşar olan oyun tərzinə yiyələnmiş, eyni zamanda hər ikisi ağlasığmaz məşhurluq əldə etmişdilər.

12 may 1956-cı ildə Beverli-Hillsdəki bir əyləncə gecəsindən qayıdarkən Klift telefon dirəyi ilə toqquşmuşdu. Qəza nəticəsində onun burnu və çənəsi sınmışdı. Bu hadisədən sonra onun almacıq sümüklərindən biri iflic olmuşdu. Ağrılardan xilas olandan sonra aktyor ağrıkəsici dərmanlara və spirtli içkilərə aludə olur. Bütün bunlar onun sağlamlığını məhv edir.

Montqomeri Klift 1966-cı ildə ürək tutmasından 45 yaşında Nyu-Yorkdakı evində vəfat etmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, aktyorun belə erkən dünyasını dəyişməsinin səbəbi onun sağlamlığına təsir etmiş narkomaniya ola bilərdi.

Filmoqrafiya

  1. Vərəsə (film, 1949) / The Heiress

Mükafatlar və nominasiyalar

Nominasiyalar

Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd ("Axtarış", 1949)
Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd ("Günəş altında yer", 1952)
Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd ("Bu gündən əbədiliyə qədər", 1954)
Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1962)
Ən yaxşı kişi roluna görə BAFTA mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1961)
Ən yaxşı ikinci plan kişi roluna görə Qızıl Qlobus Mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1962)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Montqomeri Klift haqqında məlumat. Montqomeri Klift nədir? Montqomeri Klift nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Süleyman Seba

  • Fevral 27, 2026

    Dəmgil

  • Fevral 27, 2026

    Xəllad

  • Fevral 27, 2026

    Ket dili

  • Fevral 26, 2026

    Əvəz Sadıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst