Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Monqol işğalları — 13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq Asiya və Şərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir.

Monqol işğalları

  • Ana Səhifə
  • Vikipediya
  • Monqol işğalları

Monqol işğalları — 13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq Asiya və Şərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir. Tarixçilər Monqol İmperiyası daxilindəki dağıntıları bəşəriyyət tarixindəki ən ölümcül münaqişələrdən biri kimi qiymətləndirirlər. Əlavə olaraq, monqolların kəşfiyyat xarakterli yürüşləri zamanı özləri ilə vəba gətirməsi, Asiya və Avropanın geniş hissələri boyu yayması və sonradan Qara ölüm adını alan və kütləvi insan həyatının itirilməsinə səbəb olan epidemiyanın əsasının qoyması ehtimalı da var.

Monqol işğalları
Monqol İmperiyasının 1206-1294-cü illərdəki genişləməsi
Monqol İmperiyasının 1206-1294-cü illərdəki genişləməsi
Tarix 1206-1405
Yeri Avrasiya
Nəticəsi  • Monqolların Avrasiyanın böyük hissəsini işğal etməsi
 • Monqol İmperiyasının və varis dövlətlərin qurulması
 • Abbasilər, Alaniya, Dəşt-i Qıpçaq, Dzurdzuketiya (Çeçenistan), Zin, Xarəzmşahlar, Kiyev Rus, Kimək xaqanlığı, Ələmut, Qaraxitaylar, Sun, Tatarlar, Volqa Bulqariyası və Si Syanın süqutu
 • Antioxiya, Kilikiya, Belozer, Bolqarıstan, Çerniqov, Dali, Qaliçiya-Volniya, Gürcüstan, Qoryo, Novqorod, Pereslavl-Zalesskiy, Pskov, Qarahoca, Ryazan, Rum, Sukxotay, Trabzon, Tripoli, Tver, Yaroslavl, Serbiya, Smolenskin vassala çevrilməsi və Sibirin cənub, mərkəz, şərq və qərb hissələrinin birləşdirilməsi
 • Trakiya, Macarıstan, Polşa daxil olmaqla, Mərkəzi və Şərqi Avropa boyunca dağıntılar
 • Hindistan yarımqitəsi, Cənub-Şərqi Asiya, Misir, Yaponiya və Macarıstanı işğal etməkdə uğursuzluq
 • Pax Mongolicanın yaranması
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Monqol İmperiyası 13-cü əsr ərzində Asiya boyu bir sıra işğal və yürüşlər əsasında yaranmış, 1240-larda isə Şərqi Avropaya çatmışdır. "Dənizlərin imperiyası" adlandırılan özündən sonrakı bir çox imperiyanın (Britaniya) əksinə, Monqol İmperiyası daha çox quru əsaslı olmuş, otarma yönümlü Monqol süvari və mal-qara qüvvəsinə əsaslanmışdır. Bu səbəbdən monqol qarət və yürüşlərinin əksəriyyəti mal-qara üçün kifayət qədər otun movcud olduğu daha isti fəsillərdə baş tutmuşdur. Monqolların yüksəlişindən əvvəl 1211-dən 1225-ə qədər 15 il rütubətli və isti hava şəraiti atların yetişdirilməsi üçün əlverişli şərait yaratdı və bu da monqolların işğalarına böyük kömək etdi.

    Rus dövlətlərinə qarşı Tartar və Monqol yürüşləri 1260-cı illərdə Monqol İmperiyasının parçalanmasından daha sonralara qədər davam etmişdir. Digər ərazilərdə, Çində monqolların qazandığı əraziləri əldə saxlaması 14-cü əsrdə Yuan sülaləsinədək, İranda isə 15-ci əsrdə Teymurilər adı altında davam etmişdir. Hindistanda Monqol dövləti 19-cu əsrədək Muğal imperiyası adı altında mövcud olmağı bacarmışdır.

    Mündəricat

    Mərkəzi Asiya

    Çingiz Xan Monqol İmperiyasının əsasını Mərkəzi Asiyada Merkit, Tartar və Monqol kimi türk və monqol əsilli konfederasiyaları birləşdirməklə qoymuşdur. Uyğur Buddist Qoço Krallığını təslim olmağa məcbur etmiş və imperiyaya qatmışdır. Daha sonra isə Qara Xitay və Xarəzmlər sülaləsinin işğalı ilə imperiyanı genişləndirməyə davam etmişdir.

    Xarəzmlər sülaləsinə qarşı Vəliyan döyüşü

    Monqollara müqavimət göstərən hər bir şəhər ciddi dağıntılara məruz qaldığından müsəlman Mərkəzi Asiyası və İranın şimal-şərqi ciddi şəkildə əhali itirmişdir. Hər bir əsgərin qarşısına müəyyən sayda insan öldürülməsi tələbi qoyulurdu. Məsələn, Ürgəncin işğalından sonra hər bir monqol əsgərindən 24 nəfər öldürülməsi tələb olunurdu.[daha etibarlı mənbə lazımdır]

    Alan və Kumanlara (Qıpçaq) qarşı monqollar parçala və ələ keçir taktikasını yürütmüşlər. Kumanlara Alanlarla müttəfiqliyə son qoymalı olduqlarını demiş, müttəfiqləri ayırdıqdan sonra isə sıra ilə onları məğlub etmişlər.

    Monqolların Mərkəzi Asiyada Məmlüklər üzərinə yürüşü zamanı Məmlük ordusunun əksəriyyəti Qıpçaqlardan təşkil olunmuşdu. Qızıl Ordu dövlətinin Məmlükləri yeni Qıpçaq qüvvələri ilə təmin etməsi onların monqollara qarşı müqavimətinə kömək etdi.

    Monqolların işğallarından sonra Macarıstan qaçqın Kumanlar üçün sığınacağa çevrildi.

    Mərkəzləşmiş dövlətə sahib və Yağma, Qarluq, Oğuzlardan ibarət olan, dünyəvi dinlərə keçmiş Qaraxanilərin əksinə, parçalanmış və dövlətsiz qalan Qıpçaqlar yalnız Monqol işğallarından sonra İslamı qəbul etmişdir.

    Qərbi Asiya

    1258, Bağdadın mühasirəsi.

    Monqollar hazırda İran, İraq, Qafqaz, Suriya və Türkiyə olaraq bilinən əraziləri güc yolu ilə və ya könüllü olaraq əldə edib. Əsas döyüşlər, monqolların İslamın 500 il boyu mərkəzi olmuş Bağdad şəhərinin 1258-ci ildə mühasirəsi və qarəti və müsəlman qıpçaq Məmlüklərin monqolları dəf etdiyi 1260-cı ildəki Ən Cəlut savaşı olmuşdur. Bu döyüşdə monqol qüvvələrinin qarşısı qəti olaraq kəsildi. Monqol Hülakü xanın Mərkəzi Asiyaya yürüşü zamanı onu minə yaxın çinli mühəndisdən ibarət dəstə müşayiət etmişdir.

    Şərqi Asiya

    Djin sülaləsinə qarşı Yehulinq döyüşü.
    Monqolların Çin sülalələrini işğalı 

    Çingiz Xan və onun varisləri Çini dəfələrlə işğal etmiş, 1209-da Qərbi Xianı istila etmiş 1227-də isə tamamilə darmadağın etmişlər. 1234-də Djin sülaləsini, 1279-da isə Sonq sülaləsini məğlub etmişlər. Dali Krallığını 1253-cü ildə vassala çevirən monqollar, Koreyanı kopitulyasiyaya məcbur etmiş, lakin Yaponiyanı işğal edə bilməmişlər.

    Cənubi Çini işğal etməyə göndərilən monqol qüvvələri 1256-da Mərkəzi Asiya üzərinə göndəriləndən daha böyük idi.

    Monqollar tərəfindən işğal olunan Tibetin idarəsi Yuan sülaləsinə verilib. Ərazinin idarəsi üçün Yuanlar tərəfindən Buddist və Tibet münasibətləri Bürosu yaradılmışdır.1264 və 1308-ci illər arasında monqollar Saxalin adasını da işğal edir. Korea (Qoryeo) yarım müstəqil vassala və 80 il müddətinə Yuan sülaləsinin məcburi müttəfiqinə çevrilir. Daha sonra Yuan sülaləsi 1368-ci ildə Qırmızı Türbanlılar üsyanı zamanı devrilir.

    Sibir

    Avropa

    Leqnika döyüşü monqolların Polşanı birinci işğalı mərhələsində baş tutub.
    13-cü əsr monqol işğalı Slovakiyadakı Spis Qalası kimi qüdrətli qaya qalalarının tikilməsinə təkan vermişdir.

    Monqollar Avropada Polşanı, Macarıstanı və Bolqarıstanı işğal etmədən öncə Volqa Bolqarıstanını və Kiev Rusunu işğal edib dağıntalara məruz qoymuşlar. Üç il ərzində (1237–1240) monqollar Novqorod və Pskov istisna olmaqla bütün əsas Rus şəhərlərini dağıdıb xəritədən silmişlər.

    Papanın Böyük Monqol Xanının yanına göndərdiyi elçi, Ciovanni da Pian del Karpine, 1246-cı ildə Kievdə səyahətdə olarkən yazırdı: Onlar (Monqollar) Rusiyaya hücum edib viran qoydular. Şəhərləri, qalaları darmadağın edərək kişiləri qılıncdan keçirdilər və Kiyevi, Rusiyanın paytaxtını mühasirəyə aldılar. Uzun çəkən mühasirədən sonra şəhərə daxil olub sakinləri ölümə məhkum etdilər. Biz bu ərazilər boyu səyahət edərkən yerdə tərk edilmiş saysız-hesabsız insan kəllələri və sümüklərinə rastladıq. Kiev olduqca böyük və sıx məskunlaşılmış bir şəhər idi, halbuki indi şəhər əhəlisi demək olar heçə endirilib. Hazırda şəhərdə 200 ev qalıb ki, onların da sakinləri qul olaraq saxlanılır.

    Monqol işğalları məcburi əhali köçünü Mərkəzi Asiya və Şərqi Avropada görülməmiş səviyyəyə qaldırmışdı. Monqol ordularının yaxınlaşması xəbəri terror və panika yaradırdı.

    Cənubi Asiya

    Cənub-Şərqi Asiya

    İtki sayı

    Xronologiya

    Həmçinin bax

    • Kalka döyüşü

    Ədəbiyyat

    • Boyle, J. A. The Mongol World Enterprise, 1206–1370 (London 1977)Şablon:ISBN missing
    • Hildinger, Erik. Warriors of the Steppe: A Military History of Central Asia, 500 B. C. to A. D. 1700
    • May, Timothy. The Mongol Conquests in World History (London: Reaktion Books, 2011) online review; excerpt and text search
    • Morgan, David. The Mongols (2nd ed. 2007)
    • Rossabi, Morris. The Mongols: A Very Short Introduction (Oxford University Press, 2012)
    • Saunders, J. J. The History of the Mongol Conquests (2001) excerpt and text search
    • Smith Jr., John Masson. "Review: Nomads on Ponies vs. Slaves on Horses". Journal of the American Oriental Society. American Oriental Society. 118 (1). yanvar–mart 1998: 54–62. doi:10.2307/606298. JSTOR 606298.
    • Turnbull, Stephen. Genghis Khan and the Mongol Conquests 1190–1400 (2003) excerpt and text search

    Əsas mənbə

    • Rossabi, Morris. The Mongols and Global History: A Norton Documents Reader (2011)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Monqol işğalları haqqında məlumat. Monqol işğalları nədir? Monqol işğalları nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Longines

    • Fevral 23, 2026

      Nitra

    • Fevral 24, 2026

      İmarət qəbiristanlığı

    • Fevral 23, 2026

      Əhli-Sünnət

    • Fevral 20, 2026

      Slovak dili

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst