Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığın

İmarət qəbiristanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • İmarət qəbiristanlığı

İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir.

Qəbiristanlıq
İmarət qəbiristanlığı
Xəritə
Ölkə
  •  Azərbaycan
Yerləşdiyi yer Ağdam rayonu
39°59′36″ şm. e. 46°56′19″ ş. u.HGYO
İmarət qəbiristanlığı xəritədə
İmarət qəbiristanlığı
İmarət qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.

Müasir dövr

1993-cü ilin erməni silahlı qüvvələri tərəfindən Ağdam işğal edildi. İşğaldanəvvəli şəhərin ağır bombardman edilməsi əhalinin şəhəri və kəndləri şərqə doğru boşaltmağa məcbur etdi, şəhər kabus şəhərə çevrildi. İşğal 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə sonlandı və müharibə nəticəsində qəbristanlığında daxil olduğu ərazi Azərbaycan hakimiyyətinə geri qayıtdı. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmışdır, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdı. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir.

ABŞ Dövlət Departamentinin hesabatına görə, XVIII əsrə aid olan müqəddəs və tarixi İmarət qəbristanlığı, şəhərin Şəhidlər Xiyabanı da daxil olmaqla ermənilər tərəfindən təhqir edilmiş, yağmalanmış və dağıdılmışdır. Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları əvvəllər cəsədlərin basdırıldığı yerlərdə yalnız deşiklərin olduğunu və qəbiristanlıqda yalnız bir zədələnmiş məzar daşının qaldığını bildiriblər.

Məqbərə-kompleksdə dəfn olunanlar

Birinci türbə Xanoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb. Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:

  • 1) İbrahim Xəlil ağa Cavanşir Sarıcalı - Pənahəli xanın atası 1741/1742
  • 2) Mehdiqulu xan İbrahim Xəlil xan oğlu - Qarabağ xanlığının xanı, 1845-ci ildə vəfat edib.
  • 3) İbrahim Xəlil xanın oğlu Mehdiqulu xanın övladı - 1828-ci il
  • 4) Abbas bəy Cavanşir
  • 5) General Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan - məşhur şairə olmuş və 1897-ci ildə vəfat etmişdir.
  • 6) Polkovnik Kərim ağa - podpolkovnik
  • 7) Mehdiqulu xan Vəfa (Usmiyev) (Xanoğlan)- azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki.

Saqana adlanan ikinci türbədə dəfn olunanlar:

  • Seyid Həmid oğlu Seyid Səfiqulu 1712
  • Pənahəli xan - 1758-ci ildə vəfat edib.
  • İbrahim Xəlil ağa Cavanşir Sarıcalı - Qarabağ xanlığının xanı.
  • Mehrəli ağa
  • Talıbxan bəy
  • Cəfərqulu xan Nəva - şair və Rusiya İmperator Ordusunun general-mayoru. 1867-ci ildə vəfat edib..
  • Xanbikə xanım - Xurşudbanu Bəyimin qızı və şairə. 1921-ci ildə vəfat edib.
  • Mirabbas Ağamirov - Xurşidbanu Natəvanın ikinci nikahdan olan oğlu.
  • Qəmər bəyim Şeyda - Qarabağ xanları sülaləsindən olan şairə.
  • Qəzənfər ağa Cavanşir
  • Tuti bəyim (ikinci türbədən kənarda Gəncə xanı Şahverdi xanın bacısı dəfn olunub).

Qalereya

Həmçinin bax

  • İmarət stadionu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmarət qəbiristanlığı haqqında məlumat. İmarət qəbiristanlığı nədir? İmarət qəbiristanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Ukrain dili

  • Fevral 24, 2026

    Bakı döyüşü

  • Fevral 23, 2026

    Əzələ

  • Fevral 24, 2026

    Pavel Sisianov

  • Fevral 19, 2026

    And

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst