Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; 28 aprel 1950, Maştağa – 23 fevral 2010, Maştağa) — azərbaycanlı meyxanaçı.

Molla Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Molla Məhəmməd

Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; 28 aprel 1950, Maştağa – 23 fevral 2010, Maştağa) — azərbaycanlı meyxanaçı.

Molla Məhəmməd
Məhəmmədqulu
Ümumi məlumatlar
Doğum adı Məhəmmədqulu Balaəli oğlu Əhmədov
Ləqəbi Molla Məhəmməd
Doğum tarixi 28 aprel 1950
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 fevral 2010 (59 yaşında)
Vəfat yeri Maştağa, Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 1964—2010

Mündəricat

Həyatı

Erkən illəri

1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.

15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir.

Yaradıcılığı

Həbs olunması

1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin". Məclis sahibi bir maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. Təxminən iki il meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir.

1984-cü ildə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu saxlayıb, həbs etdilər. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə maraqlanmayıb. Beş illik həbsxana həyatından sonra Molla Məhəmməd azadlığa buraxılır.

Ölümü

2010-cu ilin fevralın 23-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şəxsi həyatı

Təsbeh həvəskarı idi. Müğənni Səxavət Məmmədovlə dost idi.

Musiqi repertuarı

  • "Bakılı balasıyam"
  • "Çağırsa ellər gedərəm davaya"
  • "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam"

İrsi

Filmoqrafiya

  • Bizim Cəbiş müəllim (film, 1969)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, molla məhəmməd sözünün mənası, molla məhəmməd haqqında məlumat. molla məhəmməd nədir? molla məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İlliriyalılar

  • Mart 03, 2026

    Fərrux bəy

  • Fevral 28, 2026

    Tələb əyrisi

  • Fevral 27, 2026

    Nikolay Luzin

  • Fevral 27, 2026

    Taqal dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst