Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Abdal, Ağdam rayonu – 30 sentyabr 1991, Qaradağ rayonu) — Azərbaycan xanəndəsi.

Səxavət Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Səxavət Məmmədov

Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Abdal, Ağdam rayonu – 30 sentyabr 1991, Qaradağ rayonu) — Azərbaycan xanəndəsi.

Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov
Ümumi məlumatlar
Doğum adı Səxavət Əmirxan oğlu Məmmədov
Doğum tarixi 23 oktyabr 1953(1953-10-23)
Doğum yeri
  • Abdal, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 sentyabr 1991(1991-09-30) (37 yaşında)
Vəfat yeri
  • Qaradağ rayonu, Bakı, Azərbaycan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
  • Abdal
Uşağı
  • Bəxtiyar Məmmədov[d]
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1970-1991
Janr muğam
Musiqi aləti dəf
sexavet.org

Mündəricat

Həyatı

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal kəndində anadan olmuşdu[mənbə göstərilməlidir] . Ağdam rayonunun Abdal və Gülablı kəndlərinə bəzən Abdal-Gülablı deyilir və bir çox mənbələrdə Səxavət Məmmədovun doğum yeri Abdal-Gülablı göstərilir.

Səxavət Məmmədov bənzərsiz səsə malik olmuş sənətkar idi. Səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti də məhz "Segah" ladında idi. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və sair.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olmuş Səxavət Məmmədov ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənirdi. Səxavət Məmmədov 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti oldu. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edibdir. Onun yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranmışdı. Səxavət Məmmədov "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini də gəzib dolanır, muğamla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da indiki Şirvan şəhəri tərəfindən qayıdarkən Qaradağ rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Lökbatan xəstəxanasına çatdırsalar da, köməyi olmadı, dünyasını dəyişdi. O ərəfədə, xanəndənin adı əməkdar artistliyə təqdim edilmişdi. Səxavət Məmmədov Abdal kəndində torpağa tapşırıldı. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. 2020-ci ilin sonunda, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə olan hərbçilər xanəndənin məzarını tapıbmışdılar. Az sonra isə yaxınları məzarı ziyarət etdilər.

Ailəsi

Bəxtiyar Məmmədov — oğludur.

Səxavət Məmmədov xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

Filmoqrafiya

  1. Bəxt üzüyü (film, 1991) — Mahnı ifa edən

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səxavət Məmmədov haqqında məlumat. Səxavət Məmmədov nədir? Səxavət Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    14 iyul

  • Fevral 27, 2026

    Uran (element)

  • Mart 01, 2026

    Pinsk

  • Fevral 27, 2026

    Sperlonqa

  • Fevral 27, 2026

    Ryukyu adaları

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst