Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mişərlər, Tatar xalqının təşəkkülündə yer alan ən böyük ünsürlərdən biridir. Bununla birlikdə, onların Başqırd, Rus, Mordvin və başqa xalqların bünyəsinə (etnig

Mişərlər

  • Ana Səhifə
  • Vikipediya
  • Mişərlər

Mişərlər (tatar. мишәр, mişər) və ya mişarilər — Tatarların subetnik qrupu.

Mişər ailəsi (XIX əsr).

Mündəricat

Tarixi

Mişərlər, Tatar xalqının təşəkkülündə yer alan ən böyük ünsürlərdən biridir. Bununla birlikdə, onların Başqırd, Rus, Mordvin və başqa xalqların bünyəsinə (etnigenezisinə) girdiklərini də söyləməliyik. Mişərlər, Türk olmayan xalqlar arasında dillərini itirib asimilyasiya olmalarına baxmayaraq, Türk xalqları (özəlliklə də Tatar və Başqırdlar) arasında bu gün də dillərinin diyalektal özəlliklərini mühafizə etmişdilər. Bu səbəblə, bu gün Tatar və ya Başqırd olsalar da, onların Mişərlərdən olduğunu hər kəs asanlıqla anlaya bilir. Mişərlər Qorki, Tambov, Penza, Ulyanovsk, Saratov, Volqoqrad, Ryazan, Orenburq şəhərlərində; Mordva, Tatar və Başqırd muxtar cumhuriyətlərində yoğun olaraq yaşamaqdadırlar. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan kimi respublikalarda və Moskva, Leninqrad kimi böyük şəhərlərdə yaşayan Tatarların da çoxu Mişərdir.

Son illərdə Mişərlərin etnoqrafyasıyla ilgili aydınladıcı araşdırmalar aparan R. Q. Muhammədovanın verdiyi bilgilərə baxılırsa, Mişərlərin bu gün yaşadıqları yerlərə gəlib yerləşmələri və ortaya çıxışlarıyla ilgili çeşidli görüşlər vardır .

XIX əsrin sonlarında V. V. Velyaminov-Zernov, Mişərlərin ortaya çıxışını Fin-Uqorların bir qolu olan Mordvalarla ilişkiləndirir. Ona görə, Məşçəra (Moçar, Mojar) deyilən Fin-Uqor tayfaları vardır və bunların Tatarlaşmaları nəticəsində, Türk diliylə danışan Tatar-Mişərlər ortaya çıxmışdır. Heç bir dəlili olmayan bu fikrə, tanınmış elm adamlarından W. W. Radloff, A. F. Mojarovskiy, S. P. Tolstov və başqaları da qatılmışlar və bu fikri inkişaf etdirməyə çalışmışlar. Bu fikir ensiklopediyalara da daxil olmuşdur. Orada ifadə edildiyinə görə; Məşçəralar, M. S. 1000-ci illərdə Oka çayı boyunda yaşamışlar, Fin-Uqor dilində danışmışdılar və onların mədəniyyəti qədim Mordva mədəniyyətini xatırlatmaqdadır. Rus salnamələrində Məşçəra haqqındaki bilgilər XIII əsrdən etibarən soxulmaya başlanır və özəlliklə də IV İvanın Kazana səfəri zamanlarında onlardan çox söz edilir. Ensiklopediya, "XIV əsrdə Məşçəraların çox böyük qismi ruslaşır, qalan qismi Qazan xanlığı dönəmində (XV–XVI əsrlərdə) tatarlaşır." kimi qeyd edir.

Mişərlərdən başqa Məşçəra adlı tayfanın olduğu və onların Tatarlarla qarışdığı doğru isə, onların heç şübhə yox ki, izləri qalırdı. Tatarlar arasında Fin-Uqor dilli Məşçəraların heç bir izi qalmamıştır. Qədim Mordvaların (güya, Məşçəra şəklində adlandırılan Mordvaların) Tatarlaşıb (Türkləşib) Mişərə döndükləri şəklindəki düşüncə, ümumi olaraq heç bir tənqidi də daşıyamamaqdadır. Qədim Erzya və Mokşaların özlüyündən türkləşmələri mümkün deyildir. Onları türkləşdirmək üçün, onlardan daha çox sayda Türk tayfalarının olması ilkin şərtdir. Fin-Uqor dilli Məşçəraların Tatar dilini özlüyündən qəbul edəməyəcəyinə G. Əhmərov də diqqəti çəkmişdir.

Həmçinin bax

  • Tatarlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mişərlər sözünün mənası, mişərlər haqqında məlumat. mişərlər nədir? mişərlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alkoqol

  • Fevral 27, 2026

    Əhmədnahar sultanlığı

  • Mart 01, 2026

    Ramsar konvensiyası

  • Fevral 27, 2026

    Xətt taktikası

  • Fevral 26, 2026

    Plüralizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst