Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mişel Lavon Robinson Obama (ing. Michelle LaVaughn Robinson Obama; 17 yanvar 1964[…], Çikaqo, İllinoys) — ABŞ vəkil və yazarı. ABŞ-nin birinci xanımı (2009–2017

Mişel Obama

  • Ana Səhifə
  • Vikipediya
  • Mişel Obama

Mişel Lavon Robinson Obama (ing. Michelle LaVaughn Robinson Obama; 17 yanvar 1964[…], Çikaqo, İllinoys) — ABŞ vəkil və yazarı. ABŞ-nin birinci xanımı (2009–2017), 44-cü ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı.

Mişel Obama
ing. Michelle Obama
ABŞ-nin birinci xanımı
20 yanvar 2009 – 20 yanvar 2017
ƏvvəlkiLora Buş
SonrakıMelanya Tramp
Şəxsi məlumatlar
Doğum adı Michelle LaVaughn Robinson
Doğum tarixi 17 yanvar 1964(1964-01-17)[…] (62 yaş)
Doğum yeri
  • Çikaqo, İllinoys
Partiya
  • ABŞ Demokratlar Partiyası
Təhsili
  • Prinston Universiteti (–1985),
  • Harvard Hüquq Məktəbi (1985–1988)
Fəaliyyəti vəkil, yazıçı, siyasətçi, podkaster, hüquqşünas, sosioloq
Həyat yoldaşı
  • Barack Obama (1992)[…]
Dini metodizm

Təltifləri Grammy Award for Best Audio Book, Narration & Storytelling Recording — 2020
İmzanın şəkli
obama.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dolfus Şildsin nəvəsi, rəssam Pernell Şilds (Mişel Obamanın ulu babası) 1950-ci ildə Çikaqoya köçüb. 1964-cü il yanvarın 17-də isə Çikaqoda ABŞ-nin gələcək birinci ledisi doğulub.

Həyatı

Prinston Universitetini (sosiologiya bakalavrı), Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib.

İlk iş yeri "Sidli Ostin" hüquq firmasında olan Mişel marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşıb. Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. Çikaqo Universitetində dekan köməkçisi, həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktoru, vitse-prezidenti olub.

Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib.

ABŞ prezidentinin xanımı Mişel Obamanı "Forbes" jurnalı 2010-cu ildə dünyanın ən nüfuzlu qadını elan edib.

Əcdadları

Mişel Obamanın qohumu Cənubi Karolinadan olan mülkədarın vəsiyyətnaməsində "zənci qızı Melvina" kimi göstərilib. Mülkədarın ölümündən sonra Melvina Corciya ştatına aparılıb və 15 yaşı olarkən 40 yaşlı ağ kişidən oğlu doğulub.

Dolfus Şilds adlandırılan bu uşaq Mişel Obamanın ulu babası olub. 1870-ci ildə aparılan qeydiyyatda Dolfus Şilds və Melvinanın daha 3 uşağı "mulat" kimi qeyd ediliblər. Şilds quldarlıq ləğv ediləndən sonra Alabama ştatına köçüb və uğurlu dülgər olub. 1900-cü ildə onun öz evi olub, 11 il sonra isə şirkət yaradıb. Dolfus Şilds 1950-ci ildə vəfat edib. Onun anası Melvina Şilds isə 1938-ci ildə ölüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mişel Obama haqqında məlumat. Mişel Obama nədir? Mişel Obama nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Con Franklin

  • Fevral 25, 2026

    Mərziyyə Davudova

  • Fevral 27, 2026

    Noginsk

  • Fevral 27, 2026

    Filoloq

  • Fevral 23, 2026

    15 yanvar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst