Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail İvanoviç Kozlovski (rus. Михаи́л Ива́нович Козло́вский; 26 oktyabr (6 noyabr) 1753, Sankt-Peterburq – 18 (30) sentyabr 1802, Sankt-Peterburq) — rus heykə

Mixail Kozlovski

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Kozlovski

Mixail İvanoviç Kozlovski (rus. Михаи́л Ива́нович Козло́вский; 26 oktyabr (6 noyabr) 1753, Sankt-Peterburq – 18 (30) sentyabr 1802, Sankt-Peterburq) — rus heykəltaraş, İmperator Rəssamlıq Akademiyasının akademiki.

Mixail Kozlovski
Doğum tarixi 26 oktyabr (6 noyabr) 1753(1753-11-06)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 18 (30) sentyabr 1802(1802-09-30) (48 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası (1764–1773)
Janr heykəltaraşlıq
Mükafatları İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı — 1773
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığıda qəbri

1753-cü ildə donanma trubaçalanın ailəsində anadan olmuşdur. Sank-Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır, burada onun ən yaxın tərbiyəçi müəllimləri N. F. Jille və A. Losenko oldular. Rəssamlıq Akademiyasından müxtəlif mükafatlar almışdır: böyük gümüş (1771), kiçik qızıl (1772), böyük gümüş və böyük qızıl (1773). Universiteti 1-ci dərəcəli attestatla heykəltaraşlıq rəssamı dərəcsini aldı.

Kursun sonunda (1773), akademiyanın pensiyaçısı olaraq Romaya (1774—1779) və Parisə (1779—1780) göndərildi. 1782-ci ildə Rusiyaya qayıdaraq, xaricdə düzəltdiyi "Yupiter Qanimed ilə" adlı heykəltaraşlıq qrupuna görə "təyin olunmuş akademik" nüfuzunu aldı. 1788 — 1797-ci illərdə yenidən Parisdə oldu, burada ona Rəssamlıq Akademiyası tərəfindən göndərilən təqaüdçülərə nəzarət etmək tapşırıldı. 1794-cü ildə əvvəlki əsərləri ilə istedadı və biliyini sübut etmiş bir sənətkar kimi akademik dərəcəsinə qaldırıldı, bundan sonra isə professor dərəcəsinə yüksəldi. 1794-cü ildən ömrünün sonuna qədər akademiyada heykəltaraşlıqdan dərs demişdir. 1802-ci ildə vəfat etdi.

Kozlovski tələbələri arasında ən məşhurları Stepan Pimenov və Vasili Demut-Malinovskidir.

Heykəltaraş ilk öncə Smolensk Pravoslav qəbirstanlığında dəfn olundu. 1931-ci ildə qəbri Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığına köçürüldü.

  • Peterhof parkının mərkəzi çeşməsində Samsonun heykəli
    Peterhof parkının mərkəzi çeşməsində Samsonun heykəli
  • Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Suvorovun heykəli
    Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Suvorovun heykəli
  • "Amur" 1797, ГТГ
    "Amur" 1797, ГТГ
  • "Çar fərmanını cıran Yakov Dolqoruki". 1796. DTQ
    "Çar fərmanını cıran Yakov Dolqoruki". 1796. DTQ
  • Ayaks Patroklun cəsədini qoruyur. Rus Muzeyinin kolleksiyasından
    Ayaks Patroklun cəsədini qoruyur. Rus Muzeyinin kolleksiyasından
  • Polikrat. Rus Muzeyinin kolleksiyasından
    Polikrat. Rus Muzeyinin kolleksiyasından

Əsərləri

  • Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Aleksandr Suvorov monumenti (1799—1801, bürünc);
  • Əsas Peterhof fontanının bəzəyi olan "Şiri məğlub edən Samson" adlı heykəl (1800—1802, zərlənmiş tunc; 1947-ci ildə Böyük Vətən Müharibəsi zamanı oğurlanmışdır, 1947-ci ildə heykəltaraş V. L. Simonov tərəfindən yenidən qurulmuşdur);
  • "Oturmuş qız" və "Oxluğundan ox çıxardan Amur" mərmər heykəllə (Ermtiaj);
  • Vəliəhd Konstantin Pavloviçin nikahlanma münasibətilə düzəldilən "Gimeney" mərmər heykəli;
  • "Requlun Karfagenə qayıdışı" və "Romanı qallardan qurtaran Kamill" barelyefləri (1787, Mərmər saray);
  • "Makedoniyalı İskəndərin sayıqlığı" mərmər heykəli (1780-ci illər, Rus Muzeyi);
  • "Polikrat" gips heykəli (1790, Rus Muzeyi);
  • "Yatan Amur" mərmər heykəli (1792, Rus Muzeyi);
  • "Çar fərmanını cıran Yakov Dolqoruki" mərmər heykəli (1797, Tretyakov qalereyası);
  • "At üzərində Herkules" tunc heykəli (1799, Rus Muzeyi);

Ədəbiyyat

  • Петров В. Н. Михаил Иванович Козловский. 1753—1802. Массовая библиотечка по искусству (30000 nüs.). Л.: Художник РСФСР. 1976.
  • Петров В. Н. Михаил Иванович Козловский. 1753—1802. Массовая библиотека по искусству (2-е изд 30000 nüs.). Л.: Художник РСФСР. Оформление серии Д. М. Плаксина. 1976.
  • С. Н. Кондаков. Юбилейный справочник Императорской Академии художеств. 1764-1914. 2. Спб.: Товарищество Р.Голике и А.Вильборг. 1915. 258.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mixail kozlovski sözünün mənası, mixail kozlovski haqqında məlumat. mixail kozlovski nədir? mixail kozlovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həştpər

  • Mart 04, 2026

    Limu (rayon)

  • Mart 01, 2026

    Bərcan

  • Mart 06, 2026

    Carnotaurus

  • Fevral 27, 2026

    Frankfurt məktəbi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst