Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949).

Mirvari Novruzova

  • Ana Səhifə
  • Vikipediya
  • Mirvari Novruzova

Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949).

Mirvari Novruzova
Mirvari Balaqardaş qızı Novruzova
Digər adı Mirvarid Novruzova
Doğum tarixi 17 aprel 1923
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 mart 1994 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Əli Zeynalov
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Həyatı

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb.

20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.

İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s.

  • Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur. Yasamal qəbristanlığında həyat yoldaşının qəbrinin yanında dəfn edilmişdir.

Filmoqrafiya

  1. Afaqın məhəbbəti (film)
  2. Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (Aztv)
  3. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Güllü (Firəngiz Abbasova)
  4. Arxadan vurulan zərbə (film, 1977) - film səsləndirən: Cəbinin anası (Firəngiz Abbasova )
  5. Bəyin oğurlanması (film, 1985) - film səsləndirən: Bibixanım (Nəcibə Behbudova )
  6. Əhməd haradadır? (film, 1963) - film səsləndirən: Nərgiz (Nəcibə Məlikova )
  7. Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
  8. Göz həkimi (film)
  9. Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xanın anası
  10. Kişi sözü (film, 1987) - film səsləndirən: Nübar (Cəvahir Bayramova )
  11. Kişilər (film, 1979)
  12. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  13. Ömrün səhifələri (film, 1974)
  14. Pəncərədə işıq (film, 1987)
  15. Sarıköynəklə Valehin nağılı (film, 1980) - rol: Güllübəyim
  16. Sehrlənmiş küpə (film, 1979)
  17. Səbuhi (film, 1941)
  18. Solğun çiçəklər (film, 1987)
  19. Sovet pəhləvanı (film, 1942)
  20. Üzeyir ömrü (film, 1981)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirvari Novruzova haqqında məlumat. Mirvari Novruzova nədir? Mirvari Novruzova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabulaq (Həştrud)

  • Fevral 27, 2026

    Namiq Qaraçuxurlu

  • Fevral 27, 2026

    Perpendikulyar

  • Fevral 27, 2026

    Uaza (departament)

  • Fevral 27, 2026

    AZN

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst