Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakını

Mirvari (kafe)

  • Ana Səhifə
  • Vikipediya
  • Mirvari (kafe)

"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur.

Mirvari
1962-ci ildə "Mirvari" kafesi
1962-ci ildə "Mirvari" kafesi
Xəritə
Ümumi məlumatlar
Növü Kafe
Memarlıq üslubu Konstruktivizm
Ölkə Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Açılma 1962
Texniki detallar
Material Dəmir-beton
Dizayn və konstruksiya
Memar Vadim Şulqin
R. Şərifov
İnkişaf etdirən Əliş Lənbəranski
Struktural mühəndis N. Nikinov
A. Gelfat

Mündəricat

Tarixi

Meksikada "Los Mantiales" restoranı

"Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.

Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.

Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.

Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.

2008-ci ildə kafedə bərpaolunma işləri görülüb. Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.

2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində "Mirvari" kafesinin üzərinə ağac düşüb. Nəticədə restoranın dam örtüyü zədələnib. Hadisə zamanı xəsarət alan olmayıb.

Memarlıq

1960-cı illərdə "Mirvari" kafesi

Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir. Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib. Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.

50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir. Bakı buxtası pavilyonun terrasından görünür. Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir. Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası "Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mirvari (kafe) sözünün mənası, mirvari (kafe) haqqında məlumat. mirvari (kafe) nədir? mirvari (kafe) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Dohuk mühafazası

  • Fevral 27, 2026

    Fatimeyi Zəhra

  • Mart 06, 2026

    İtiuclu qaraçöhrə

  • Mart 06, 2026

    Antonio Bertoloni

  • Mart 01, 2026

    M1911

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst