Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Türküstan general-qubernatorluğu – 30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbayc

Mirmehdi Seyidzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Mirmehdi Seyidzadə

Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Türküstan general-qubernatorluğu – 30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Mirmehdi Seyidzadə
Təxəllüsü Mehdi Seyidzadə
Doğum tarixi 11 noyabr 1907(1907-11-11)
Doğum yeri
  • Aşqabad, Aşqabad qəzası[d], Zakaspiysk vilayəti, Türküstan general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi 30 avqust 1976(1976-08-30) (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • II Fəxri Xiyaban
Atası Həsən Seyidzadə
Fəaliyyəti şair
Fəaliyyət illəri 1935-ci ildən
Əsərlərinin dili Azərbaycanca
İstiqamət şeir
Janr lirik
Tanınmış əsərləri İlan və Qurbağa
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960

Mündəricat

Həyat və fəaliyyəti

Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.

Yaradıcıllığı

Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazmış, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.

Əsərləri

  • "Keçəl Səməd" (1929);
  • "Şanlı gün" (1932);
  • "Kiçik təyyarəçilər" (1932);
  • "Neftə doğru" (şeirlər, 1933);
  • "Pinti Həsən" (1936);
  • "Uşaq şeirləri" (1936);
  • "Nərgiz" (1937);
  • "Pilotlar" (1938);
  • "Qızıl quş" (mənzum pyes, 1939);
  • "Kiçik pyeslər" (uşaq pyesi, 1939);
  • "Qara şəhər" (1939);
  • "Ceyran" (mənzum nağıl, 1940);
  • "And" (şeirlər, 1942);
  • "İsgəndər və Çoban" (nağıl, 1942);
  • "Bizim ellər" (şeirlər, 1943);
  • "Maral" (şeirlər, 1945);
  • "Qorxmaz" (pyeslər, 1945);
  • "Mübahisənin səmərəsi" (1946);
  • "Şeirlər" (1948);
  • "Çiçəklənən düzlər" (1950);
  • "Bağçamız" (1953);
  • "Yeni il hədiyyəsi" (1954);
  • "Ürək sözləri" (1959);
  • "Sirli Çeşmə" (1962);
  • "Qəzəllər" (1961);
  • "Seçilmiş əsərləri" (1962);
  • "Ulduzlar səpələnir" (1963);
  • "Şeirlər və poemalar" (1964);
  • "Seçilmiş əsərləri" ( I cild, 1966);
  • "Seçilmiş əsərləri" ( II cild, 1966);
  • "Həyat eşqi" (1968);
  • "Nərgiz" (1970);
  • "Qəzəllər" (1970);
  • "Təmsillər" (1972);
  • "Yadigar" (Mənzum nağıl, 1973);
  • "Qəzəllər" (1975);
  • "Gümüşü qar" (1976);
  • "Xatırlayarsan məni" (1978);
  • "Bahar duyğuları" (1979);
  • "Ağacların şikayəti" (şeirlər, təmsillər, poemalar, 1987)

Tərcümələri

  • Ömər Xəyyam. Rübailər. (2004).

Mükafatları

Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilmişdir.

Xatirəsi

2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunmuşdur.

Haqqında yazılanlar

  • Əzizov Ə. Gənc nəslin xidmətində // Bakı. 10 aprel 1972, səh. 4.
  • Əliyev M. Xatırla məni: Mehdi Seyidzadənin 70 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. 12 noyabr 1977, səh. 6.
  • Qasımzadə Q. Uşaqların qocaman tərbiyəçisi: (Mehdi Seyidzadənin yaradıcılığı haqqında) // Ədəbiyyat və incəsənət. 18 mart 1972, səh. 10.
  • Yusifli V. Ağanı unutmaq olarmı? : [Mehdi Seyidzadə haqqında] // Panorama. 22 yanvar 1998, səh. 6.
  • Məmmədov K. "Unudulmaz xatirələr kimlərdən danışır: /Mehdi Seyidzadənin eyni adlı kitabı haqqında/ // Azərbaycan müəllimi. 19 mart 1976, səh. 3.

Həmçinin bax

  • Sevgi (pyes)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirmehdi Seyidzadə haqqında məlumat. Mirmehdi Seyidzadə nədir? Mirmehdi Seyidzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Mammalia

  • Fevral 27, 2026

    Şahzadə külliyəsi

  • Fevral 27, 2026

    Şanlı inqilab

  • Fevral 27, 2026

    Karl Dönits

  • Fevral 27, 2026

    Sürxə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst