Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi, Masallı rayonu – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
| Mir Kazım Aslanlı | |
|---|---|
| Mirkazım Aslanlı-Sarəng | |
| Doğum tarixi | 1912 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 yanvar 1975 (62–63 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
Həyatı
Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.
M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir.
Ailəsi
Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır.
Fəaliyyəti
İstisu
XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərilməlidir] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Xatirəsi

Nurəddin Ədiloğlunun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng — ruhun gözəlliyi" məqaləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" (ing. "World of Azerbaijan") dərgisində dərc olunub.
2012-ci ildə Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş "Tərk etmə məni" adlı film çəkilmiş və təqdimatı olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirkazım Aslanlı haqqında məlumat. Mirkazım Aslanlı nədir? Mirkazım Aslanlı nə deməkdir?