Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikayıl Cəbrayılov (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı, Xocalı rayonu) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Q

Mikayıl Cəbrayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Mikayıl Cəbrayılov

Mikayıl Cəbrayılov (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı, Xocalı rayonu) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1952(1952-04-27)
Doğum yeri
  • Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 dekabr 1990(1990-12-15) (38 yaşında)
Vəfat yeri
  • Mikayıllı, Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
  • Oxud
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Atası Əhmədiyyə Cəbrayılov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Rütbəsi
Baş leytenant
Vəzifəsi sahə inspektoru
Döyüşlər Birinci Qarabağ müharibəsi Şuşa, Xocalı
Təltifləri "Qızıl ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

Döyüşlərdə iştirakı

1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar. Milis nəfəri Arzu Əliyev başından aldığı snayper gülləsindən yerindəcə Şəhid olur. Erməni döyüşçülərlə ölüm-dirim savaşına atılan Mikayıl Cəbrayılov çiynindən güllə yarası almasına baxmayaraq o təslim olmur son anadək vuruşaraq 1990-il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına döyüş meydanında Şəhid olur.

Ailəsi

Ailəli idi, dörd övladı var.

Milli Qəhrəman

Mikayıl Cəbrayılovun Oxud kənd qəbiristanlığındakı qəbirüstü abidəsi

Azərbaycan Respublikası prezidenti Əbülfəz Eıçibəyin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh.56–57.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mikayıl Cəbrayılov haqqında məlumat. Mikayıl Cəbrayılov nədir? Mikayıl Cəbrayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Femtometr

  • Mart 01, 2026

    Çester Artur

  • Fevral 27, 2026

    Müqəddəs Kitab

  • Fevral 27, 2026

    Faza keçidi

  • Fevral 27, 2026

    Çaylı (Qazax)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst