Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 01.12.2020-ci il tarixdə Azərbaycan Ordusu Laçın rayonunu, o cümlədən də Mişn

Mişni (Laçın)

  • Ana Səhifə
  • Vikipediya
  • Mişni (Laçın)

Mişni — Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kənd inzibati ərazi dairəsində kənd.

Mişni
39°42′45″ şm. e. 46°23′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.512 nəf. (2020)
Xəritəni göstər/gizlə
Mişni xəritədə
Mişni
Mişni

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 01.12.2020-ci il tarixdə Azərbaycan Ordusu Laçın rayonunu, o cümlədən də Mişni kəndini işğaldan azad etmişdir.

Mündəricat

Təbiəti

Əsasən, çimli dağ–çəmən, qəhvəyi dağ–meşə və karbonatlı dağ–qara torpaqları yayılmışdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enIiyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Əsas meşə əmələ gətirən cinslər palıd, vələs, cökə, ağcaqayın, göyrüş, qoz və s. cinslərdir.

Tarixi

Mişni qalası — Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kəndi ərazisində, Hoçazsu (Mişnisu) çayının sol sahilində son Tunc və ilk Dəmir dövrünə aiddir. Yerli əhali arasında Qovurqala (Kafir qalası) da adlanır. İri qaya parçalarından tikilmiş qala siklop tikilidir.

Mişni kəndi 1822-ci ilədək Qarabağ xanlığının, 1874-cü ildən Zəngəzur qəzasının tərkibində olmuşdur. 2007-ci ildə çap edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"nin II cildinin 114-cü səhifəsində Mişni toponiminin qədim türk dilində "çay döngəsi" mənası bildirməsi elmi əsaslarla təsdiq edilmişdir.

1921-ci ildə Mişni kəndi mərkəz olmaqla Mişni kənd soveti yaradılmışdı. 1930-cu ilə ölkəmizdə aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən ləğv edilərək Alxaslı kənd sovetinin tərkibinə verilmişdir. 1925-ci ilin avqustunda "Zarya Vostoka" qəzeti yazırdı ki, "Sözügedən qəzada (o vaxtkı Zəngəzur qəzası) 6 dairə icraiyyə komitəsi və 63 kənd soveti yaradılıb. Düzdür, məqalə müəllifi yazırdı: "Bir çox kənd sovetləri mağaralarda yerləşir, məsələn, Mişni kənd soveti". Yerli fəhlə kadrlarının hazırlanması üçün kənd sovetlərinin və dairə icra komitələrinin sədrləri və katibləri üçün kurslar açıldı və orada 150 nəfərə qədər yoldaş hazırlanırdı. Dairə icra komitələrinin sədrləri Laçın şəhərində tikilən rayon mərkəzi ilə telefonla əlaqə saxlayır.

Landşaftı

Mişni kəndinin ərazisi təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Kiçik Qafqaz landşaft strukturu qrupuna aiddir. Bu ərazinin landşaft struklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir–birini əvəz edir. Orta dağlığın dağ–kserofit landşaftı səciyyəvidir. Kəndin ərazisində çəmən–çöl landşaft yarımtipi inkişaf etmişdir.

Oroqrafik quruluşu

Kənd oroqrafik cəhətdən Kiçik Qafqaz dağ sisteminə aid olmaqla, Qarabağ silsiləsinin Hoçazdağ sıra dağlarında yerləşir. Mişni kəndinin ən hündür zirvəsi Alxaslı və Çıraqlı kəndləri ilə qonşu ərazidəki hündürlüyü 2114 m olan Soyuqbulaq dağı və çox əzəmətli, vüqarlı və yaraşıqlı, yerli əhalinin müəqəddəs yer kimi "Pir" adlandırdıqları hündürlüyü 1903,9 m olan Ərtəpə (Artəpə və Yəhərtəpə də adlanır) dağıdır. Soyuqbulaq kəndi ilə Mişni kəndi arasındakı Soyuqbulağın daşı adlanan dağın hündürlüyü isə 1841 metrdir.

Tanınmış şəxsiyyətləri

  • Xanlar Məmmədov (1940–2002) — Dövlət xadimi, deputat.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mişni (laçın) sözünün mənası, mişni (laçın) haqqında məlumat. mişni (laçın) nədir? mişni (laçın) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Obyektivizm

  • Fevral 19, 2026

    Azərbaycan Respublikası

  • Mart 01, 2026

    Çərpələng uçuran

  • Mart 06, 2026

    Çeslav Miloş

  • Fevral 27, 2026

    Arı ofrisi

Trend Mahnılar
  • Mart 07, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 07, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 07, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst