Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin

Meyoz bölünmə

  • Ana Səhifə
  • Vikipediya
  • Meyoz bölünmə

Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır.

Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur.

Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir. Əvvəlcə ana hüceyrə bölünür və iki qız hüceyrə yaranır. Sonra bu iki hüceyrə bölünür və qametlər - spermatazoid və yumurtahüceyrə olaraq formalaşan 4 hüceyrə yaranır.

Həm birinci, həm də ikinci meyoz bölünməsi zamanı Mitozda olduğu kimi dörd mərhələ seçilir: Profaza, Metafaza, Anafaza və Telofaza. İnterfazada meyoz başlayana qədər xromosomların diploid yığımı vardır. Burada DNT ikiləşir. Hər xromosom iki xromotitdən ibarət olur.

Mündəricat

I Profaza

Birinci profazada homoloji xromosomlar bir-birinə yaxınlaşır, birləşir. Konyuqasiya və krossinqover baş verir - homoloji xromosomlar sahələrini dəyişirlər.

I Metafaza

I metafazada xramosom cutleri huceyrənin mərkəzində ekvatorunda yerlesir

I Anafaza

Mitozdan fərqli olaraq qütblərə xromotidlər deyil, iki xromotidli tam xromosomlar çəkilir. Bunun nəticəsi olaraq hüceyrənin qütblərinə hər homoloji cütdən yalnız bir xromosom çəkilir və bu səbəbdən birinci anafaza mərhələsində xromosomları sayı dəyişməz qalır.

I Telofaza

Birinci telofazada ana hüceyrədən haploid xromosom yığımına malik iki qız hüceyrə yaranır. Meyozun birinci mərhələsində qız hüceyrələrdə xromosomların sayı iki dəfə azaldığından , buna reduksiyon bölünmə deyilir.

II Meyoz

Qız hüceyrələrin yaranmasından sonra bölünmə davam edir. Hər hüceyrə yenidən bölünür, bölünmədən əvvəl interfaza gəlir, Vacibdir ki, bu zaman (II Meyozun interfazasında) DNT replikasiyası baş vermir (həmin dövrdə hər bir xromosom iki xromotiddən ibarət olur).

İkinci meyoz bölünmə prosesi mitozda olduğu kimi baş verir. Xüsusi ilə də xromosomların xrmotidləri bir-birindən ayrılır və II Telofazadan sonra müxtəlif hüceyrələrə düşür. Sonda, meyoz nəticəsində alınan dörd hüceyrədə ana xrmosomlar diploid deyil, haploid sayda olur.

Əlavə olaraq

Dişi cinsiyyət hüceyrəsinin meyozu nəticəsində yaranan dörd hüceyrədən üçü nataman formalaçır. Dördüncü hüceyrə yumurtahüceyrə kimi formalaşır, hansı ki, bölünmədə iştirak edir.

Erkək cinsiyyət hüceyrəsinin meyozu nəticəsində yaranan dörd hüceyrədən dördü də spermatazoid kimi formalaşır, hamısı da həyat qabiliyyətlidir.

Həmçinin bax

  • Hüceyrənin bölünməsi
  • Krossinqover

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meyoz bölünmə haqqında məlumat. Meyoz bölünmə nədir? Meyoz bölünmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Oqaneson

  • Mart 01, 2026

    S:hu:Szerző:Ady Endre

  • Fevral 25, 2026

    Aleksandr Puzanov

  • Fevral 27, 2026

    Maleae

  • Mart 01, 2026

    Məmmədli (Abşeron)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst