Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canl

Mett LeBlan

  • Ana Səhifə
  • Vikipediya
  • Mett LeBlan

Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır.

Mett LeBlan
ing. Matt LeBlanc
Doğum adı Matthew Steven LeBlanc
Doğum tarixi 25 iyul 1967 (58 yaş)
Doğum yeri Nyuton, Massaçusets
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Melissa Maknayt (2003-2006)
Uşağı 1
Partnyoru
  • Andrea Anders (2006–2015)
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1987-indiyə kimi
Tanınma səbəbi Dostlar (1994-2004)
Epizodlar (2011-2017)
Boyu 1,77 m
IMDb ID0001455
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.

Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi. 2004-cü ildə onların bir qızı dünyaya gəldi. 2006-cı ildə isə cütlük ayrıldı.

Karyerası

Mett ilk dəfə 1987-ci ildə "Heinz" şirkətinin reklam çarxında rol aldı. Sonradan bir neçə televiziya seriallarında kiçik və qonaq rollar aldı. Mett Dostlar serialında ağıldan kəm, amma sevimli rol olan Coyi Tribiani roluyla müvəffəqiyyət qazandı. Bu obrazı 10 il Dostlar serialında və 2 il Joey serialında olmaqla, 12 il davam etdi. Bu müddət ərzində o, həmçinin İtaliyalı axtarılır (1994), Ed (1996), Fəzada itkin (1998), Çarlinin mələkləri (2000) və onun davamı olan Çarlinin Mələkləri: Tam qaz gücü (2003) filmlərində rol aldı.

Joey serialının ləğvindən sonra Mett aktyorluğuna 5 il fasilə verəcəyini bildirdi. 2011-ci ildən etibarən Epizodlar serialında özünün bədii obrazını canlandırmağa başladı. 2012-ci ildə keçirilən 69-cu Qızıl Kürə Mükafatlarında Mett televiziya serialında, musiqili və ya komediyada "Ən yaxşı aktyor" nominasiyasında Qızıl Kürə mükafatı qazandı və əlavə olaraq 4 Emmi mükafatına namizəd oldu. Mett 2016-cı ildə yayımlanmağa başlayan CBS sitkomu Planlı adam serialında baş rolu ifa etməyə başladı və serial 2020-ci ildə ləğv edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mett leblan sözünün mənası, mett leblan haqqında məlumat. mett leblan nədir? mett leblan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    İnqlvud (Kaliforniya)

  • Fevral 27, 2026

    Böhran

  • Fevral 27, 2026

    Məhkəmə nəzarəti

  • Mart 01, 2026

    Bayramlı (Şəmkir)

  • Fevral 23, 2026

    Bərbər dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst