Mets-İrank və ya Mets-Arank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
| Tarixi Qafqaz Albaniyası əraziləri | |
| Mets-İrank | |
|---|---|
| Ümumi məlumatlar | |
| Ölkə | Qafqaz Albaniyası Böyük Ermənistan |
| Bölgə | Arsak |
| İndiki adı | Ağdərə rayonu Tərtər rayonu |
| Xəritədə yeri | |
![]() | |
Prof. Q. Qeybullayev qeyd edir ki, əyalətin adında Qafqaz Albaniyası ərazisində yaşamış Aran tayfasının adı əks olunub. Eyni zamanda, tədqiqatçı Aranrot və Uti-Arandzak toponimlərini də Aran tayfasının adı ilə əlaqələndirərək eyni mənşəli olduğunu iddia edir.
Coğrafiyası
Arsak vilayətinin mərkəzində yerləşən Mets-İrank havarı şimal-qərbdən Arsak vilayətinin Berdadzor və Mets-Kuenk havarları, qərbdən Arsak vilayətinin Vaykunik havarı, cənubdan Sünik vilayətinin Aqaxeçk havarı, cənub şərqdən Arsak vilayətinin Pançkank havarı, şərqdən Arsak vilayətinin Piank havarı, şimaldan isə Utik vilayətinin Aranrot havarı ilə sərhədlənirdi.
Havar ərazisində, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə inşa edilmiş Çiləbürt qalası və XIII əsrdən etibarən Alban Həvari Kilsəsi katalikoslarının iqamətgahı, Xaçın knyazlığının maarif mərkəzi olmuş Böyük Arran monastırı yerləşmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mets-i̇rank sözünün mənası, mets-i̇rank haqqında məlumat. mets-i̇rank nədir? mets-i̇rank nə deməkdir?
