Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları v

Mesopotamiya memarlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Mesopotamiya memarlığı

Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər.

Mesopotamiya

Əyalətlər və dövlətlər

Şumer • III Ur • Akkad • Amorey • İsin • Subartu • Aratta • Assuriya • Babil • Het • Yeni Babil • Kuti

Əhali

Aramilər • Amorilər • Assiriyalılar • Kassitlər • Kutilər • Lullubilər • Hurriler • Keldanilər • Arilər

Əlyazmalar
Mixi yazı: Enuma eliş
Dillər
Şumer • Akkad • Arami • Hurri • Hitit
Mifologiya
Nabu • İştar • Asalluhi • Ea • Tiamat • Marduk • Şamaş • Kinqu • Militta • İşum • Baba • Aşşur
  • bax
  • müzakirə
  • redaktə
Nippurda məbəd qalıqları.

Mündəricat

Xüsusiyyətləri

Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.

E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir. E.ə III minillikdə Şumer şəhər dövlətinin mərkəzində ibadətə xidmət edən tikintilər (məbəd) dəsti (kompleksi) bina edilir, ətrafina da xüsusi divarlar çəkilirdi.

Zikkurat

Mesopotamiyada zikkurtuların olduğu şəhərlər

Dini mənbələrdə adı çəkilən bu tikili insan qürurunun hədsizliyini və cəzasını özündə əks etdirir. Yəhudi-Xristian ənənələrinə görə,həmçinin İncildə haqqında bəhs edilənləri nəzərə alsaq, Babil qülləsi Babildəki Şinar düzündə Nuh peyğəmbərin nəslindən gələnlər tərəfindən göyə çatmaq,Tanrıya çatmaq üçün planlanlanmış bir tikilidir. Ancaq İsrail oğullarının tanrısı Yəhova insan qürurunu,hörmətsizliyini göstərən bu tikilini təsdiqləməz.Tanrı qüllənin tikintisində iştirak edən insanların dillərini qarma-qarışıq bir hala salar və insanlar bir-birlərini başa düşməzlər.Beləcə insanların planları pozular.Bundan sonra yarımçıq qüllə və planlanan şəhər həmin insanlar tərəfində tərk edilər.Günümüzdə də “Babil qülləsi” deyildikdə çox zaman tamamlanmamış işlər,uğursuzluğa uğrayan planlar başa düşülür.

Ümumiyyətlə, qüllə üçün örnək götürülən model Mesopotamiya şəhər-dövlətlərinə xas bir tikili olan məbəd-zikkuratdır. Versiyalara görə, Babildəki yeddi pilləli “Marduk” məbədi “Babil qülləsi” rəvayəti üçün mənbə olmuşdur. Bu şəhər-dövlətlərdə bir çox məbəd var idi. Məbədlərdən bəziləri digərlərinə nisbətən kiçik olsalar da, hamısı möhtəşəm bir dağ kimi göyə yüksələn, pilləvari tikililər idi. Zirvələrində qurbanlar verilirdi. Zikkuratlar göy ilə yer arasında qovuşma nöqtələri, insanların və tanrıların bir-birləri ilə qarşılaşdıqları yerlər hesab edilirdilər. Məbədlər üçün istifadə olunan adlarının bir çoxlarının tərcüməsi “dağ kimi ev”,”göy ilə yer arasında əlaqə”,”başı yuxarıda olan ev” və s. mənalar verir. Qeyd etmək olar ki, məhz digər bir əfsanədə əks olunan “Babilin və ya Semiramidanın asma bağları” da məhz zikkuratın pillərində salınmış bağlar idi.

Şumer zikkuratının.

Şumer zikkuratı

Şumerlilərin əsas allahı Ay allahı- Nanna sayılırdı və onun şərəfinə çar Urnammu e.ə XXIII əsrdə nəhəng bir zikkurat tikdirmişdir. Bu zikkurat üç mərtəbəli piramida formasındadır. Zikkuratın birinci və dağılmamış mərtəbəsi 15 metr hündürlüyündə olub 60x45 m düzbucaqlı ölçüdədir. . Zikkuratın şimal- şərq tərəfindən əlavə olaraq hər biri 100 pilləsi olan iki pilləkən vardır. Hər üç pilləkən birinci və ikinci terrasın arasındakı qapıda birləşir və burada növbəti terrasa əsas, baş pilləkən qalxır. Zikkuratın 100 мetr hüdürlüyündə ətraf çöllüyə, qumla örtülü düzənliyə sonsuz ponarama açılır.

Saray memarlığı

Babil.Qala divarları

Əzəmətli məbədlərlə yanaşı Mesopotomiyada saray tikintisidə inkişaf etmişdir. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli ön salonları olurdu.

Qəbir memarlığı

Daha çox hökümdar məqbərələrində müşahidə olunur. Bu qəbrlərdə xeyli incəsənət abidəsi aşkar edilmişdir. Müharibə mövzusu Entemenanın və Naram- Suenin daş abidəsində əks olunmuşdur: orada meyitlər və onların dimdikləyən qartal, döyüşçülərin dağ yolları ilə qalxması, hökümdarın əzəmətli fiqurası göstərilmişdir. Hökümdar nizə ilə düşməni öldürür , o birisi isə ayağı ilə basır. Düşmən döyüşçüləri vahimə içində təsvir olunmuşdur.

Qalereya

  • Çoqa-Zambildə zikkurat. e.ə. XIII əsr.
    Çoqa-Zambildə zikkurat. e.ə. XIII əsr.
  • Zimri-Lima sarayı.
    Zimri-Lima sarayı.
  • Babil şəhərinin planı.
    Babil şəhərinin planı.
  • Qədim Şumer şəhəri Kişin qalıqları.
    Qədim Şumer şəhəri Kişin qalıqları.
  • «Babil qülləsi» Lukas van Falkenborx.Luvr
    «Babil qülləsi» Lukas van Falkenborx.Luvr
Vikianbarda Mesopotamiya memarlığı ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

  • Babil
  • Zikkurat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mesopotamiya memarlığı haqqında məlumat. Mesopotamiya memarlığı nədir? Mesopotamiya memarlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Savadkuh şəhristanı

  • Fevral 27, 2026

    Ət qutabı

  • Fevral 27, 2026

    Avson

  • Fevral 27, 2026

    Qay Mari

  • Fevral 27, 2026

    Dıxtau

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst