Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad - indiki Gəncə) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-2026), Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbəri və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru (2026-ci ildən).
| Mehriban Ələkbərzadə | |
|---|---|
| |
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin bədii rəhbəri | |
Vəzifədədir | |
| 4 fevral 2026-cı ildən | |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri | |
| 13 may 2023 – 27 yanvar 2026 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 avqust 1965 (60 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | rejissor, ssenari müəllifi |
| | |
| Təltifləri | |
Həyatı
Mehriban Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas təhsilini rejissor Mehdi Məmmədovun və Elmira Şabanovanın kursunda alıb.
Hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Vilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci il iyunun 11-də diplom müdafiəsi kimi Akademik Milli Dram Teatrının Kiçik səhnəsində J.P.Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.
1988-ci ildə təhsilini başa vuraraq təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən həmin teatrda quruluşçu rejissordur. Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.
Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. 2023-2026-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir. “Bədii rəhbər” vəzifəsi ləğv olunduğu üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsindən 2026-cı il yanvar ayında azad edilib. Hazırda quruluşçu rejissor kimi fəaliyyəti davam edir. Həmçinin 2026 ci ilin 4 fevralından Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbəri kimidə fəaliyyət göstərir.
Mükafatları
2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adını alıb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
27 may 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.
2024-cü ilin iyulunda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
Tamaşaya qoyduğu əsərlər
- "Dəfn edilməmiş ölülər" (Jan Pol Sartr) (1988)
- "İnsan səsi" (Jan Kokto) (1989)
- "Min illərin işığı" (Kamil Abdullayev)
- "Müəmmalı bir qətlin üç versiyası" (Rünoske Akutaqava)
- "Poçt şöbəsində xəyal" (Elçin)
- "Afət" (Hüseyn Cavid)
- "Qatil" (Elçin) (2001)
- "Qatarın altına atılan qadın" (Afaq Məsud)
- "Qatil" (Elçin) (2012)
- "Əmir Teymur" (Hüseyn Cavid) (2014)
- "Herostratı unudun" (Qriqori Qorin) (2015)
- "İsgəndərə yeni namə" (İlqar Fəhmi) (2021)
- "Əsrə bərabər gün" (Ç. Aytmatovun eyniadlı romanı əsasında) 2024
- "İblis və…" (H. Cavidin "İblis" faciəsi əsasında) 2024
- "BAŞ" ( Elçinin eyniadlı romanı əsasında)2025
Lənkəran Dövlət Dram Teatrı
- "Sənsiz" (Şıxəli Qurbanov) (1989)
- "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə) (1989)
- "Çarəsiz sərnişinlər" (Stanislav Stratiyev) (1990)
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- "Nuri-Didə Ceyhun" (Əli Əmirli) (2018)
Azərbaycan Dövlət Yuğ Teatrı
- "Müəmmalı bir qətl" (Rünoske Akutaqava) 2018 ci il
- "Mənəm…mən" (Nəsimi) İ. Fəhmi 2019 cu il
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
- "Cəza" (T. Vəliyeva) 2017
- "Kod adı: VXA"(M. Ələkbərzadə) 2022
Filmoqrafiya
- Dəfn edilməmiş ölülər (film, 1988)
- İnsan səsi (film, 1989)
- Güzgü (bədii film, 1990)
- Yaşa, ey haqq (film, 1993)
- İnsan-Fövqəlinsan (silsilə müəllif proqramları, 1994)
- Aporiya (1995)
- Gecən xeyrə qalsın, ana (film, 1995)
- Cəza (film, 1996)
- Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
- Addım, addım (film, 2002)
- Ömrün sarı rəngi (film, 2002)
- Azərbaycan naminə! (film, 2004)
- Azəri-türklərinə edilən növbəti qətliam (2004)
- İflas (film, 2004)
- Azərbaycandakı Xocalı soyqırımı (2005)
- H. Əliyev və Azərbaycanın milli hərbi srategiyası (2005)
- Tarixin bir günü və ya bir günün tarixi (2005) (silsilə sənədli film)
- 13 dəqiqə (2006)
- Araz-Türk respublikası və ya Naxçıvanın xilası (2006)
- Azərbaycanın və Qarabağın taleyində Kürəkçay müqaviləsinin rolu (2006)
- Bütöv Azərbaycan və "böyük" Ermənistan (2006)
- H. Əliyev və Azərbaycanın milli təhlükəsizlik strategiyası (2006)
- Tariximizin 31 mart adlı soyqırım günü (2006)
- Məhkumlar (film, 2006)
- Mart hadisələri… (film, 2010-2011)
- 6 saylı məktəb (film)
- Azərbaycan xalçaları (film)
- Azərbaycan xanlıqları (11 seriya sənədli film)
- Azərbaycanda aşıq sənəti (film)
- Bakı nefti (film)
- İlğım
- İstiqlal günü
- Mart hadisələri yaxud Qara oyunlar (tarixi sənədli-bədii film)
- Lahıc (film)
- Nic (film)
- Sınmiş miflər
- Həqiqət anı və ya (silsilə müəllif proqramları)
- Dünən...Bu gün...Sabah (silsilə müəllif proqramları)
- Teleportret rakursunda (müəllif verilişi)
- PersonA (silsilə müəllif proqramları)
Həmçinin bax
- Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehriban Ələkbərzadə haqqında məlumat. Mehriban Ələkbərzadə nədir? Mehriban Ələkbərzadə nə deməkdir?
