Meggi Mey Beyrd (29 mart 1959, Fruta[d], Kolorado) — amerikalı aktrisa, senarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyümüş, Yuta Universitetində rəqs və teatr üzrə təhsil almışdır. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur.
| Meggi Beyrd | |
|---|---|
| ing. Maggie Baird | |
![]() Meggi 2014-cü ildə | |
| Doğum adı | Maggie May Baird |
| Doğum tarixi | 29 mart 1959 (66 yaş) |
| Doğum yeri | |
| Uşaqları |
|
| Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d], müğənni-bəstəkar, teatr pedaqoqu[d], müğənni |
| Fəaliyyət illəri | 1981-ci ildən |
| Təhsili | |
| IMDb | ID0047896 |
Həyatı
Meggi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib. 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir. Meggi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir.
Şəxsi həyatı

Meggi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub. Evliliyindən iki il sonra oğlu Finneas dünyaya gəlmişdir. Onun qızı Billi Ayliş 2001-ci ilin dekabrında Los-Ancelesin Highland Park bölgəsində anadan olub. O, və həyat yoldaşı övladlarına evdə təhsil veriblər.
Filmoqrafiya
- Six Feet Under (2005) | Epizod: "A Coat of White Primer"
- Sümüklər (2009) | Epizod: "Double Trouble in the Panhandle"
- Buz dövrü: Mamont miladı (2011)
- Billi Ayliş: Dünya bir az bulanıqdır (2021)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, meggi beyrd sözünün mənası, meggi beyrd haqqında məlumat. meggi beyrd nədir? meggi beyrd nə deməkdir?
