Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ser Maykl Con Qembon (ing. Sir Michael John Gambon; 19 oktyabr 1940[…], Dublin – 27 sentyabr 2023) – ingilis və irland aktyor. 2004–2011-ci illərdə "Harri Potte

Maykl Qembon

  • Ana Səhifə
  • Vikipediya
  • Maykl Qembon

Ser Maykl Con Qembon (ing. Sir Michael John Gambon; 19 oktyabr 1940[…], Dublin – 27 sentyabr 2023) – ingilis və irland aktyor. 2004–2011-ci illərdə "Harri Potter" film seriyasında canlandırdığı Albus Dambldor roluna görə tanınır.

Maykl Qembon
ing. Michael John Gambon
Doğum tarixi 19 oktyabr 1940(1940-10-19)[…]
Doğum yeri
  • Dublin, Dublin qraflığı[d], Lenster, İrlandiya
Vəfat tarixi 27 sentyabr 2023(2023-09-27) (82 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Uşağı 3
Fəaliyyəti səsləndirmə aktyoru[d], teatr aktyoru, kino aktyoru, televiziya aktyoru, aktyor
Fəaliyyət illəri 1962–2019
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d]
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru — 1990 Cəngavər bakalavrı — 1998
IMDb ID0002091
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altı onillik karyerası ərzində o, üç Olivier mükafatı və dörd BAFTA TV mükafatı almışdır. 1998-ci ildə dramaturgiyadakı xidmətlərinə görə Kraliça II Yelizaveta tərəfindən cəngavər mükafatını almışdır.

Mündəricat

Həyatı

Maykl Con Qembon 19 oktyabr 1940-cı ildə Dublin şəhərinin Kabra bölgəsində doğulmuşdur. Anası dərzi, atası isə İkinci Dünya müharibəsi zamanı mühəndislik operatoru olmuşdur. Qembonun altı yaşı olanda ailəsi ilə birlikdə Londona köçmüşdür.

Karyerası

Teatr

Maykl Qembon sənətə teatr sahəsində başlamışdır. 1962-ci ildə "Otello" tamaşasında çıxış edərək aktyor kimi debüt etmişdir. Növbəti illərdə Vilyam Şekspirin digər tamaşalarında çıxış etmişdir. 1995-ci ildə "Göy işığı" tamaşasındakı roluna görə Toni mükafatına namizəd göstərilmişdir. 2004-cü ildə Semyuel Bekketinin "Oyun sonu" tamaşasında baş rolda çıxış etmişdir.

Film

Qembon film karyerasına 1965-ci ildə Britaniyada çəkilmiş "Otello" filmi ilə başlamışdır. Daha sonra "Gecədən başqa heç nə" (1973) və "Ölməli olan məxluq" (1974) kimi filmlərdə çıxış etməyə davam etmişdir. 1997-ci ildə çəkilmiş "Qumarbaz" filmində Fyodor Dostoyevskini canlandırmışdır. 1990-cı illərdə "Oyuncaqlar" (1992) və "Yuxulu dərə" (1999) kimi müxtəlif filmlərdə çıxış etmişdir.

Maykl Qembonun ən çox tanındığı film rolu "Harri Potter" seriyasındakı Albus Dambldor obrazı olmuşdur. O, Riçard Harrisin ölümündən sonra seriyanın qalan filmlərində Dambldoru canlandırmışdır. 2010-cu ildə "Kralın nitqi" filmində kral V Corcu canlandırmışdır.

Şəxsi həyatı

1962-ci ildə riyaziyyatçı Anna Miller ilə evlənmişdir. Qembon şəxsi həyatının məxfiliyinə önəm vermiş, həyat yoldaşı barədə sualları cavablandırmaqdan imtina etmişdir. Cütlüyün yeganə övladı olan Ferqus keramika mütəxəssisidir.

Ölümü

Qembon 27 sentyabr 2023-cü ildə 82 yaşında pnevmaniya səbəbilə Vithemdə ölmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maykl Qembon haqqında məlumat. Maykl Qembon nədir? Maykl Qembon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Surianaceae

  • Fevral 26, 2026

    E.ə. 550

  • Fevral 27, 2026

    Afrika gavalısı

  • Fevral 26, 2026

    Qraflıq

  • Fevral 24, 2026

    Kano Eytoku

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst