Mikaela "Mayki" Medison Rozberq (ing. Mikaela "Mikey" Madison Rosberg; 25 mart 1999, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. O, Z nəslinin "Oskar" qazanan ilk üzvüdür. O, bu mükafatı "Anora" filmində canlandırdığı seks işçisi obrazı ilə qazanıb.
| Mayki Medison | |
|---|---|
| ing. Mikey Madison | |
![]() Medison 2024-cü ildə | |
| Doğum adı | Mikaela Madison Rosberg |
| Doğum tarixi | 25 mart 1999 (26 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, aktrisa, səsləndirmə aktrisası[d] |
| Fəaliyyət illəri | 2013-cü ildən |
| Mükafatları | |
| IMDb | ID5700898 |
Erkən və şəxsi həyatı
Mikaela Medison Rozberq 25 mart 1999-cu ildə Los-Ancelesdə anadan olub. Hər iki valideyni psixoloqdur. Onun biri əkiz olmaqla iki qardaşı və iki bacısı var. O, ilk olaraq at yarışı üzrə təlimlər almağa başlamış, daha sonra isə 14 yaşında ikən aktrisalığa başlamışdır. Yeddinci sinifdən sonra evdə təhsil almağa davam etmişdir. Əslən yəhudidir.
O, sosial media istifadə etmir və 2024-cü ilin noyabrında verdiyi bir müsahibədə bunun ona ""orijinal və ya təbii" gəlmədiyini və sosial mediaya "əlavə edəcək çox təsirli bir şeyinin" olmadığını qeyd etmişdir. O, özünün "çox həssas bir insan" olduğunu və insanların özləri haqqında başqalarının dediklərini oxumaması lazım olduğuna inandığını və bu səbəblə mental sağlamlığı üçün özünü "internetin bu hissəsindən uzaq" saxladığını bildirmişdir.
Medison özünü dindar olmayan, amma "çox mənəvi insan" olaraq təsvir edir.
Filmoqrafiya
Film
| İl | Layihə | Rol | Qeydlər | İstinad |
|---|---|---|---|---|
| 2017 | "Liza, Liza, Səma Boz Rəngdədir" | Liza | ||
| 2018 | "Nostalgiya" | Katelin | ||
| "Canavar" | Aleksandra Floyd | |||
| 2019 | "Bir dəfə Hollivudda" | Süzan "Seydi" Atkins | ||
| "Addams Ailəsi" | Kendi Barista | səsləndirmə | ||
| 2021 | Üç Nəfər Lazımdır | Kat Volker | ||
| 2022 | "Qışqırıq" | Ember Friman[ing.] | ||
| 2023 | "Bütün Qəlblər" | River | ||
| 2024 | "Anora" | Anora "Ani" Mixeyeva | ||
| Açıqlanacaq | "Reptiliya" | Açıqlanacaq | Hazırlıq mərhələsindədir | |
| Açıqlanacaq | "Qırmızı Ölüm Maskası" | Açıqlanacaq | Hazırlıq mərhələsindədir |
| Hələ buraxılmamış filmləri göstərir |
Televiziya
| İl | Layihə | Rol | Qeydlər | İstinad |
|---|---|---|---|---|
| 2016–2022 | "Daha Yaxşı Şeylər" | Maksin "Maks" Foks | baş rol | |
| 2017–2018 | "Dələduzlar" | Gənc Maddi | 2 seriya | |
| 2024 | "Göldəki Qadın" | Cudit Vaynştayn | miniserial | |
| 2025 | "Saturday Night Live" | Özü (aparıcı) | Epizod: "Mayki Medison/Morgan Vallen" |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mayki Medison haqqında məlumat. Mayki Medison nədir? Mayki Medison nə deməkdir?
