Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977, Los-Anceles, Kaliforniya) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor,

Mayk Şinoda

  • Ana Səhifə
  • Vikipediya
  • Mayk Şinoda

Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977, Los-Anceles, Kaliforniya) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir.

Mayk Şinoda
ing. Mike Shinoda
Ümumi məlumatlar
Doğum adı Michael Kenji Shinoda
Doğum tarixi 11 fevral 1977(1977-02-11) (49 yaş)
Doğum yeri Kaliforniya, ABŞ
Milliyyəti Amerikan
Uşağı 3 (Otis Shinoda daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti Vokal, Repçi, Pianoçu, Gitaraçı
Fəaliyyət illəri 1996-günümüz
Janrlar alternativ rok, nyu-metal, hip-hop[d], elektronik rok[d], alternativ metal
Musiqi alətləri Gitara, Pianino
Səs tembri bariton
Albom şirkəti Warner Bros.
Üzvlüyü
  • Linkin Park
İmzanın şəkli
mikeshinoda.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur. Mayk, Linkin Parkın mahnılarının əksəriyyətində rep ifa etdi. Minutes to Midnight albomuna qədər bütün mahnıları Çester ilə birlikdə səsləndirdi. Ancaq bu albomda bəzi mahnıları yalnız özü səsləndirmişdir. Bunlar "Hands Held High", "No Roads Left" və "In Between"dir. Mayk Şinoda həmçinin dünyanın ən yaxşı 100 vokalisti arasında da yer almışdır. 2004-cü ildə Mayk və Rob Depeç Mod ilə birlikdə Depeç Modun "Enjoy The Silence" mahnısını duet etmişdir. Mayk, musiqiylə yanaşı 2010-cu ildə Dark as Day (Qaranlıq gün) filminə çəkilib. Filmdə Mayk, taksi sürücüsü rolunu ifa edib. Mayk Şinoda Anna Şinoda ilə evlidir. Onların bir oğlu vardır. Onun adı isə Otisdir. Fort Minorun Where'd You Go mahnısının sözlərini Maykın həyat yoldaşı Anna yazmışdır. Mayk yapon əsilli atanın və rus əsilli ananın oğludur. Onun atası Amerikada anadan olmuşdur. İkinci dünya müharibəsi ərzində əsir düşmüş və həbs edilmişdir.

Linkin Park

Mayk Şinoda, Linkin Parkın qurucularından biridir. Həmçinin o qrupun vokalisti, gitaraçısı və pianinoçusudur. Hybrid Theory, Meteora, Minutes to Midnight, A Thousand Suns, Reanimation və Linkin Parkın korsertlərinin prodüseridir. Nu-Metal musiqi tərzində ən yaxşı Rep ifa edən vokalistlərdən biridir. Mayk Şinoda, Jay-Z ilə yaradılan Collison Cource albomunun mahnılarının ifaçısı və prodüseridir. O, bu albomda pianino və vokal olaraq xidmət göstərmişdir.

Fort Minor

Mayk Şinoda, Linkin Parkın Meteora albomunu bitirdikdən sonra özü üçün bir rep qrupu qurmağı qərara alır. Qrupun adı Fort Minor (tər. Balaca qala) oldu. Qrup 2004 quruldu amma ilk və tək albomu 2005-də çıxdı. Mayk bu albomda fərqli-fərqli repçi və hip-hopçu ilə birlikdə duet etdi. Bunlar Stayl of Biyond, Holli Bruk və başqalarıdır. Albomdan üç sinql çıxmışdır. "Remember the Name", "Believe Me", "Where'd You Go" sinqlları dünya üzrə çox bəyənildi. Remember the Name mahnısı kompüter oyunu olan NBA Live 2006 oyunun soundtreki olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mayk Şinoda haqqında məlumat. Mayk Şinoda nədir? Mayk Şinoda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Siçancıq

  • Fevral 25, 2026

    Borçalı

  • Fevral 27, 2026

    Qəmbər Zülalov

  • Fevral 27, 2026

    Kütahya

  • Fevral 25, 2026

    ISO 4217

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst