Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963, Orinc[d], Kaliforniya) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nüma

Mayk Pompeo

  • Ana Səhifə
  • Vikipediya
  • Mayk Pompeo

Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963, Orinc[d], Kaliforniya) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir.

Mayk Pompeo
ing. Michael Richard Pompeo
ABŞ dövlət katibi
26 aprel 2018 – 20 yanvar 2021
ƏvvəlkiReks Tillerson
SonrakıEntoni Blinken
ABŞ nümayəndəsi
6 yanvar 2015 – 23 yanvar 2017
5 yanvar 2011 – 3 yanvar 2015
Şəxsi məlumatlar
Doğum tarixi 30 dekabr 1963(1963-12-30) (62 yaş)
Doğum yeri
  • Orinc[d], Orinc qraflığı, Kaliforniya, ABŞ
Partiya
  • ABŞ Respublikaçılar Partiyası
Təhsili
  • ABŞ Hərbi Akademiyası[d] (–1986),
  • Harvard Hüquq Məktəbi (–1994)
Fəaliyyəti vəkil, iş adamı, icraçı direktor[d], zabit, siyasətçi
Dini Presviterianlıq
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü ABŞ Ordusu
Rütbəsi
  • kapitan[d]

Təltifləri "Brilyant ulduz" ordeni — 2022
İmzanın şəkli
whitehouse.gov/people/mi…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib.

Mündəricat

Həyatı

Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun olmuşdur (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət eləmişdir. Daha sonra isə Harvard Universitetində hüquq təhsili almışdır. Harvard Law Review adlı jurnalın redaktəsini etmişdir. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurmuşdur. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etmişdir. 2010-cu ildə Kanzas ştatından Nümayəndələr Palatasının üzvü olmuşdur. Kəşfiyyat komissiyasında vəzifə göstərmişdir. 2012-ci ildə Liviyanın Benqazi şəhərində Amerika səfiri və bir çox diplomatın ölümü ilə nəticələnən hücumu araşdıran komissiyada vəzifə almışdır. MKİ rəhbərliyinə gələndə İnsan haqları təşkilatları ABŞ Senatına, Pompeonun MKİ Rəhbərliyini bəyənməmə çağırışı etmişdir. Vəzifəsini davam etdirərkən Donald Trump tərəfindən Reks Tillersondan sonra xarici işlər naziri təyin olunmuşdur. Trump onun üçün "Mike Pompeo, ölkəmizə şərəflə xidmət etmiş, həyatını, vətəndaşlarımızın təhlükəsizliyi üçün vuruşaraq keçirmişdir. O, Amerika və müttəfiqlərinin təhlükəsizliyini təmin edən kəşfiyyat cəmiyyətinin məğlubedilməz lideri olacaq" ifadələrini işlətmişdir.

Düşüncələri

Mühafizəkar düşüncəyə yaxın olan Pompeo abortun əleyhinədir. Barak Obamanın Quantanamo bazsını bağlamaq planına qarşı çıxdı. 2013-cü ildə "İslamçı terroristləri tənqid etməyən müsəlman din adamlarının terror hücumlarında iştirakçı olduqlarına" aid fikirləri, demokratlar və müsəlman lobbisi təşkilatların reaksiya verməsinə və qınağına səbəb oldu. O boğulma hissi verən su tapşırıqları haqqında "həyati məlumatlar əldə etmək" üçün istifadə oluna biləcəyini bildirdi. Gizli sənədləri ifşa etdirən keçmiş Milli Təhlükəsizlik Qurumunun (NSA) əməkdaşı Edvard Snovdeni vətən xaini olaraq gördü və edam fikrini dəstəklədi. İranla 2015-ci ildə əldə olunan nüvə razılaşmasına qarşı çıxdı. Hökumətin vətəndaşları dinləmə səylərini dəstəklədi.

Şəxsi həyatı

Pompeo, 1986-cı ildə Leslie Libert ilə ailə həyatı qurmuşdur və daha sonra ikinci dəfə ailə həyatını Suzan Pompeo ilə qurmuşdur. Bir oğulları var. Mayk və həyat yoldaşı Suzan Pompeo, Yevangelik Presbiteryen kilsəsinə mənsubdurlar. Pompeo, yerli kilsə dyakonu olaraq xidmət edir və Bazar məktəbində dərs deyir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mayk pompeo sözünün mənası, mayk pompeo haqqında məlumat. mayk pompeo nədir? mayk pompeo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Arpaçay (Qars)

  • Fevral 25, 2026

    Komanda dövrü

  • Mart 06, 2026

    Həlim Gəray

  • Fevral 27, 2026

    Mühafizəkarlıq

  • Mart 06, 2026

    Hiromiçi Şinohara

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst