Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu

Mavi saat

  • Ana Səhifə
  • Vikipediya
  • Mavi saat

Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu olduğu alatoranlıq. Rayleighin səpilməsi təsirindən yaranır. Qızıl saat (İngiliscə: Magic hour/Golden hour (Sehrli saat/Qızıl saat)) ilə keyfiyyətli bir işıq mühiti yaratdığından bu rəng xüsusilə fotoqraflar tərəfindən seçilir. Ancaq “Mavi saat”ın heç bir sahədə rəsmi tərifi yoxdur.

Cabo da Rocanın şimalı, Sintra, Portuqaliya
Böyük Kanyon
Mavi saat vaxtında Kolizey

“Mavi saat” vaxtı səhər və axşam təxminən 20 dəqiqə davam edir və qırmızı şüaların kosmosa doğru geriyə çəkilərkən mavi işıqların atmosferə səpələnməsi nəticəsində baş verir. Günəş üfüqdə 4 ilə 8 dərəcə olduqda, mavi işıq spektrları daha aydın olur.

Mündəricat

Sənət dünyasında mavi saat

Musiqi

Hər cəhətdən vizual bir ziyafət yaradan və insanlara estetik zövq verən bu təbiət hadisəsi bir çox sənətçi və musiqi qruplarını ilhamlandırmışdır. İçində Mavi saat keçən bəzi mahnılar:

  • Vanessa Daou - This Blue Hour
  • Roy Orbison - When the Blue Hour Comes
  • Turin Brakes - Blue Hour
  • Stephen Cummings - Blue Hour
  • Rod Webber - Blue Hour
  • Andreas Vollenweider - Chanson de l'Heure Bleue (Song of the Blue Hour)
  • Christian Death - The Blue Hour
  • Raise the Dragon - The Blue Hour
  • Vika and Linda - The Blue Hour
  • Nina Gordon - The Blue Hour
  • Division Kent - L'Heure Bleue
  • Yasmine - Uur blauw
  • Faun - Blaue Stunde

Fotoqrafiya

Fotoqrafiyada, xüsusən də memarlıq fotolarında, mühit işığında xüsusi bir keyfiyyət yaradan bu zaman binalar və səma arasında gözəl bir kontrast uyğunluğu yaradır. Göy qaranlıqlaşdıqda, binaların konturları qeyri-müəyyən olur, görüntünü təhrif edir, ancaq Mavi saatda sərhədlər və kənarlar aydın qalır, fotonu daha cəlbedici edir. Günün bu hissəsində işıq dərinin daha yaxşı görünməsinə səbəb olan isti bir kölgə də yaradır. Bu, portret çəkilişlərini daha uğurlu edir.

Ədəbiyyat

  • Oskar Loerke: Berlindəki Mavi Axşam (Blauer Abend in Berlin)
  • Gottfried Benn: Mavi Saat (Blaue Stunde)
  • Ingeborg Bachmann: Mavi Saat (Die blaue Stunde)
  • William Boyd: Mavi Günortadan Sonra (The Blue Afternoon)
  • Joan Didion: Mavi Gecələr (Blue Nights)
  • Wolfgang Koeppen: Ot üzərindəki göyərçinlər (Tauben im Gras)

Dünyanın müxtəlif yerlərindən Mavi Saat dövründə çəkilmiş fotolar

  • Fransa - Luvr muzeyi
    Fransa - Luvr muzeyi
  • İngiltərə - Biq Ben
    İngiltərə - Biq Ben
  • Almaniya - Berlin kafedralı
    Almaniya - Berlin kafedralı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mavi saat haqqında məlumat. Mavi saat nədir? Mavi saat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dördbucaqlı

  • Fevral 27, 2026

    Materik buzlaşması

  • Fevral 25, 2026

    İncəsənət

  • Fevral 27, 2026

    Şelkovski rayonu

  • Fevral 27, 2026

    Yava adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst