Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində şəhər, Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tab

Masallı

  • Ana Səhifə
  • Vikipediya
  • Masallı

Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində şəhər, Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır.

Şəhər
Masallı
39°01′56″ şm. e. 48°40′20″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1960
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 14.746 nəf. (1989)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4400
Xəritəni göstər/gizlə
Masallı xəritədə
Masallı
Masallı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ərazisi

Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka (Viləş) kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

Toponimikası

Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra "mosullu" adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şıxlar kəndi və Masallının adı çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub.

İran İslam Respublikasının Gilan ostanında hal–hazırda Masal adlı kiçik bir şəhər vardır. Masallı yaşayış məntəqəsinin əhalisinin buradan gəlməsi də ehtimal edilə bilər.

Tarixi

5 mart 2013-cü ildə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.

Coğrafiyası və iqlimi

Masallı rayonu Lənkəran ovalığında yerləşir. Yayı mülayim–isti və qışı isə hava mülayim və quraq keçir. Yayda bəzi dövrlərdə temperatur +40°-yə qalxır. Qışda ən soyuq temperatur –10°, ən isti temperatur isə +15° dərəcə olur.

Əhalisi

Masallı şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1939 sa. Nisbəti, 1939 sa.
toplam2 422100 %
Azərbaycanlılar2 18790.3 %
rus1606.6 %
erməni70.3 %
digər502.1 %
İlSayı
1959 6.603
1970 3.919
1979 11.221
1989 14.746

Tanınmış şəxsləri

  • Cəlal Mirzəyev (1977–) — Diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
  • Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Fizika–riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014).
  • Cavanşir Yusifli (1958–) — Filologiya elmləri doktoru.
  • Ağaddin Niftiyev (1957–2014) — Masallının icra başçısı. Fransanın "Nant" Universiteti və BDU-nun professoru. Əməkdar elm xadimi.
  • Məşhur Məmmədov (1963–) — Milli Məclisin deputatı.
  • Mübariz Mənsimov (1968–) — "Palmali" şirkətlər qrupunun prezidenti.
  • Səfa Axundov (1958–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Baloğlan Əşrəfov (1951–2021) — Azərbaycanın Əməkdar artisti.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Masallı haqqında məlumat. Masallı nədir? Masallı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bəhai təqvimi

  • Fevral 23, 2026

    31 avqust

  • Fevral 17, 2026

    Mixol Martin

  • Fevral 23, 2026

    20 iyun

  • Fevral 20, 2026

    Viktoriya Torpağı

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst