Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri.

Martin Buber

  • Ana Səhifə
  • Vikipediya
  • Martin Buber

Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri.

Martin Buber
alm. Martin Buber‎
Doğum tarixi 8 fevral 1878(1878-02-08)[…]
Doğum yeri
  • Vyana, Avstriya-Macarıstan
Vəfat tarixi 13 iyun 1965(1965-06-13)[…] (87 yaşında)
Vəfat yeri
  • Qüds
Dövr Müasir fəlsəfə
İstiqaməti Avropa fəlsəfəsi[d]
Əsas maraqları ontologiya, İudaizm, fəlsəfə, ədəbiyyat, tərcümə
Təsirlənib İmmanuel Kant, Sorn Kyerkeqor, Fridrix Nitsşe, Otto Ueyninger
Mükafatları İsrail mükafatı — 1958
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur.

Fəaliyyəti

İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Martin Buber haqqında məlumat. Martin Buber nədir? Martin Buber nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çap

  • Fevral 27, 2026

    İsveç gerbi

  • Fevral 27, 2026

    Həzrət Məryəm

  • Fevral 27, 2026

    Əlik

  • Fevral 11, 2026

    Avro

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst