Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlik — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənd. Əlik bələdiyyəsinin mərkəzi.

Əlik

  • Ana Səhifə
  • Vikipediya
  • Əlik

Əlik — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənd. Əlik bələdiyyəsinin mərkəzi.

Əlik
41°10′39″ şm. e. 48°14′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.679 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 372 (2009) nəfər
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Əlik xəritədə
Əlik
Əlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Əlik oykonimi – sadə. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur.

2011-ci il

2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi.

Mədəniyyəti

TV

1984–1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır

Coğrafiyası və iqlimi

Əlik kəndinin dağları

Əlik Quba rayonu ərazisində çay. Çay öz adını ərazisindən axdığı Əlik kəndinin adından almışdır.

Əhalisi

Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən əliklilər təşkil edir. Əliklilər Azərbaycanın milli etnik nümayəndələridir. Əliklilərin ana dili əlik dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 372 nəfər əhali yaşayır.

Təhsilin vəziyyəti

  • Kənddə ümumtəhsil məktəbi fəaliyyət göstərir.

İqtisadiyyatı

XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1–15-i arası isə yaylağa çıxarırlar.

Ədəbiyyat

  • Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.  (az.)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlik haqqında məlumat. Əlik nədir? Əlik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Statinlər

  • Fevral 27, 2026

    Vissarion Belinski

  • Fevral 27, 2026

    Ovçuluq

  • Fevral 25, 2026

    Brest (rayon)

  • Fevral 27, 2026

    Salmonella

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst