Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marksizm-Leninizm İnstitutu (rus. Институт марксизма-ленинизма) — 1919-cu ildə Moskvada yaradılmış və 1921-1991-ci illərdə Sovet İttifaqında marksist-leninist ə

Marksizm-Leninizm İnstitutu

  • Ana Səhifə
  • Vikipediya
  • Marksizm-Leninizm İnstitutu

Marksizm-Leninizm İnstitutu (rus. Институт марксизма-ленинизма) — 1919-cu ildə Moskvada yaradılmış və 1921-1991-ci illərdə Sovet İttifaqında marksist-leninist əsərlərin tədqiqi və nəşri ilə məşğul olmuş olan akademiyadır. Sovet İttifaqının dağılmasından sonra onun müasir adı "Sosializm Tarixi və Nəzəriyyəsi İnstitutu" (rus. Институт теории и истории социализма) olmuşdur.

Marksizm-Leninizm İnstitutu
Növü Akademiya, institut
Fəaliyyəti marksist-leninist əsərlərin tədqiqi və nəşri
Yaranma tarixi 1919
Ləğvolma tarixi 1991
Mərkəzi Moskva, Sovetskaya meydanı
Qurucusu David Ryazanov
Sədr Mark Mitin
Üzvləri Maximilian Savelyev
Vladimir Adoratsky
Mark Borisoviç
Michael Gorshkov
Vladimir Kruzkov
Pyotr Pospelov
Gennady Obiçkin
Petr Fedoseyev
Anatoliy Egorov
Georgi Smirnov
Mükafatları "Lenin" ordeni — 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

İnstitutun əsası David Ryazanov tərəfindən qoyulmuşdur. Yaradıldığı ilkin illərdə institut, Karl Marksın, Fridrix Engelsin və Vladimir Leninin əsərlərini tərtib edib çap etdirmək ilə məşğul olurdu. İnstitut, 1930-cu illərdə təxminən 400.000 kitab və jurnal, habelə Marks və Engelsin təxminən 55.000 orijinal və surəti çıxarılmış olan sənədlərini nəşr etdirərək, o dövrdə dünyanın ən zəngin və ən geniş sosialist ədəbiyyatına sahib olmuşdu. Bu dövrdə müəssisədə 87 nəfəri tarixçi olmaqla bərabər, ümumilikdə 109 nəfər işləyirdi. İnstitutun çap etdirmiş olduğu əsərlər Sovet İttifaqı Kommunist Partiyası (İKP) tərəfindən nəzarət altında olsa da, o, partiyaya tam olaraq bağlı deyildi. Əslinə qalarsa, 1930-cu ildə onun əməkdaşlarından yalnız 39 nəfəri Sov.İKP üzvləri idilər.

İlk dəfə “Marks-Engels İnstitutu” adı ilə yaradılmış olan institut yaradıldığı gündən müasir dövrə qədər dəfələrlə adını dəyişdirmişdir. 1952-ci ildə “Marks-Engels-Lenin İnstitutu” kimi tanıdılan təşkilat, 1956-cı ildə isə “Marks-Engels-Lenin-Stalin İnstitutu” kimi yenidən adlandırılmışdır. Daha sonra Nikita Xruşşovun dövründə başladılmış olan destalinizasiya siyasəti nəticəsində təşkilatın adı yenidən dəyişdirilərək “Marksizm-Leninizm İnstitutu” adlandırılmışdır ki, bu da onun ən məşhur adıdır. Daha sonra, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra onun adı növbəti dəfə dəyişdirilərək "Sosializm Tarixi və Nəzəriyyəsi İnstitutu" olaraq yenidən adlandırılmışdır. Bu ad hal-hazırda da istifadə edilməklə bərabər, rəsmi sənədlərdə “Rusiya Müstəqil Sosial və Milli Problemlər İnstitutu” kimi də qeyd edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, marksizm-leninizm i̇nstitutu sözünün mənası, marksizm-leninizm i̇nstitutu haqqında məlumat. marksizm-leninizm i̇nstitutu nədir? marksizm-leninizm i̇nstitutu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kurqan

  • Mart 06, 2026

    166 (ədəd)

  • Mart 06, 2026

    İçəri bazar

  • Fevral 27, 2026

    Erzyanlar

  • Fevral 27, 2026

    Şamaxı quberniyası

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst