Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Frans Mark (8 fevral 1880[…] – 4 mart 1916[…], Verden) — yəhudi əsilli alman rəssamı, alman ekspressionizminin parlaq nümayəndəsi. Avqust Make, Vasili Kandinski

Mark Frans

  • Ana Səhifə
  • Vikipediya
  • Mark Frans

Frans Mark (8 fevral 1880[…] – 4 mart 1916[…], Verden) — yəhudi əsilli alman rəssamı, alman ekspressionizminin parlaq nümayəndəsi. Avqust Make, Vasili Kandinski və başqaları ilə birlikdə Göy atlı adlı rəssamlar birliyini yaratmışdır.

Frans Mark
Frans Mark, 1910-cu il
Frans Mark, 1910-cu il
Doğum adı Franz Moritz Wilhelm Marc
Doğum tarixi 8 fevral 1880(1880-02-08)[…]
Vəfat tarixi 4 mart 1916(1916-03-04)[…] (36 yaşında)
Vəfat yeri
  • Verden
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], qrafika ustası[d], vizual incəsənət rəssamı
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d]
Janrlar abstraksionizm, məişət janrı, peyzaj, natürmort, nü
Stil ekspressionizm
Üzvlüyü
  • Göy atlı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

O, 1880-ci ildə Münhendə peşəkar peyzajist Vilhelm Markın ailəsində anadan olmuşdur. 1900-cü ildə Münhen İncəsənət Akademiyasında təhsil almağa başladı. O, 2 dəfə (1903 və 1907-ci illərdə) Parisə getmiş, orada fransız postimpressionizmi ilə tanış olmuşdur. Pol Qogen və Vinsent van Qoqun əsərləri ona əhəmiyyətli dərəcədə çox böyük təsir göstərmişdir. Parisə ikinci səyahətindən sonra Frans ciddi şəkildə heyvanların anatomiyasını öyrənməyə başlayır. Bununla o, təbiət görüntüsünü rəssamlıda tam şəkildə ifadə etmək istəyirdi.

100 illik yubiley münasibətilə Almaniyada buraxılan poçt markası

1910-cu ilin yanvarında Mark Münhendə ilk dəfə Avqust Make ilə tanış olur. Həmin ilin sentyabrında isə o, "Yeni Münhen rəssamlıq birliyi"nə daxil olur. O, yalnız 1911-ci ildə Göy atlı birliyinin rəhbəri olacaq Vasili Kandinski ilə tanış olmuşdur. Artıq 1911-ci ilin dekabr ayında Mark Make və Kandinski ilə birlikdə "Yeni Münhen rəssamlıq birliyi"ndən uzaqlaşaraq, Göy atlı rəssamlıq birliyini yaradırlar.

Onun bir neçə rəsmi 1911-ci ilin dekabrından 1912-ci ilin yanvarına qədər Münhendə Tanqauzer qalereyasında "Göy atlı"nın sərgisində nümayiş edilmişdir. O, 1912-ci ildə italyan futurizmi və kubizminin nümayəndəsi Rober Delone ilə tanış olur. Getdikcə Markın rəsmləri abstraktlaşmışdır (Onlardan ən məşhuru "Heyvanların taleyi" rəsmidir).

Birinci Dünya müharibəsinin başlaması ilə Mark könüllü şəkildə orduya yollanır. 1916-cı ildə Verden əməliyyatı zamanı 36 yaşında öldürülmüşdür. Bununla da o, öz yaradıcılıq planlarını yarımçıq qoyub getmişdir.

Əsərləri

  • "Göy atların qülləsi" (1913)
    "Göy atların qülləsi" (1913)
  • "Atların istirahəti" (1911)
    "Atların istirahəti" (1911)
  • "Tülkülər" (1913)
    "Tülkülər" (1913)
  • "Pələng" (1912)
    "Pələng" (1912)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mark Frans haqqında məlumat. Mark Frans nədir? Mark Frans nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Noyabr

  • Fevral 27, 2026

    Şəhər dövlətləri

  • Fevral 27, 2026

    Malatya ili

  • Fevral 27, 2026

    II Muaviyə

  • Fevral 27, 2026

    Yakov Sverdlov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst