Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; 25 mart 1906, Bakı – 1996, Moskva) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi ü

Mark Dalin

  • Ana Səhifə
  • Vikipediya
  • Mark Dalin

Dalin Mark (tam adı: Dalin Mark Aleksandroviç; 25 mart 1906, Bakı – 1996, Moskva) — texnika elmləri doktoru (1953), professor (1959), Azərbaycan EA-nın həqiqi üzvü (1959), Əməkdar elm xadimi (1964), SSRİ Dövlət mükafatı (2 dəfə) laureatı.

Dalin Mark
Dalin Mark Aleksandroviç
Doğum tarixi 25 mart 1906(1906-03-25)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1996(1996) (89–90 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü Azərbaycan SSR EA-nın həqiqi üzvü (1959)
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Şöhrət" ordeni
SSRİ Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı Azərbaycan SSR əməkdar elm xadimi

Mündəricat

Həyatı

Dalin Mark 25 mart 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Texnoloji fakültəsini bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti

Dalin Mark 1930-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirdikdən sonra Elmi Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. 1934–1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan "Sintetik kauçuk" zavodunda baş mühəndis, direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1935-ci ildən "Sintetik kauçuk" təcrübə zavodunda dünya təcrübəsində ilk dəfə olaraq qazayırıcı qurğuda soyutma yolu ilə piroliz qazlarında qatılaşdırılmış etilenin alınma prosesini həyata keçirmişdir. İkinci Dünya müharibəsi illərində müdafiə əhəmiyyətli məhsulların alınması işində çalışmışdır.

Dalin Mark 1960–1964-cü illərdə Azərbaycan SSR EA-nın Kimya elmləri bölməsinin akademik-katibi, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat Olefinlər İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. O, 1964–1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987–1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir.

Elmi fəaliyyəti

Dalin Mark 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1959-cu ildə professor elmi adını qazanmış və elə həmin ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.

Dalin Mark 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır.

Ölümü

Akademik Mark Dalin 1996-cı ildə Moskvada vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycanın Əməkdar elm xadimi" fəxri adı (1964);
  • SSRİ Dövlət mükafatı laureatı (2 dəfə);
  • "Şöhrət" ordeni (20.04.1996)
  • "Lenin" ordeni;
  • "Qırmızı əmək bayrağı" ordeni;
  • "Şərəf nişanı"(2 dəfə) ordeni;
  • "Qafqazın müdafiəsi uğrunda" medalı;
  • "Şərəfli əməyə görə" (3 dəfə) medalı;
  • "Əmək veteranı" medalı;
  • "Böyük Vətən müharibəsindəki qələbənin 40 illiyi" medalı;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mark dalin sözünün mənası, mark dalin haqqında məlumat. mark dalin nədir? mark dalin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əkrəm Cəfər

  • Fevral 27, 2026

    Müvəqqəti nikah

  • Mart 01, 2026

    S:Müəllif:Fəzlullah Nəimi

  • Mart 03, 2026

    Bilalabad

  • Mart 06, 2026

    Kətük

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst