Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mariya Malibran (isp. María Malibrán (24 mart 1808[…], Paris – 23 sentyabr 1836[…], Mançester, Lankaşir) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya o

Mariya Malibran

  • Ana Səhifə
  • Vikipediya
  • Mariya Malibran

Mariya Malibran (isp. María Malibrán (24 mart 1808[…], Paris – 23 sentyabr 1836[…], Mançester, Lankaşir) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera sənətinin əfsanəsi.

Mariya Malibran
fr. Maria Malibrán
Ümumi məlumatlar
Doğum adı María-Felicia García Sitches
Ləqəbləri La Malibran, Maria Malibran
Doğum tarixi 24 mart 1808(1808-03-24)[…]
Doğum yeri
  • Paris
Vəfat tarixi 23 sentyabr 1836(1836-09-23)[…] (28 yaşında)
Vəfat yeri
  • Mançester, Lankaşir, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, bəstəkar, aktrisa, teatr aktrisası
Janr opera
Səs tembri soprano, messo-soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Mariya Malibran 24 mart 1808 ci ildə musiqiçı ailəsində, Parisdə dünyaya gəlmişdir. Atası — bəstəkar, tenor və pedaqoq Manuel del Populo Visente Qarsiya (Coakkino Rossininin Sevilya bərbəri operasındakı Qraf Almaviva partiyasını məhz onu nəzərdə tutub yazmışdır), anası — opera sopranoçu müğənnisi Xoakina Briones, bacısı — mezzo-sopranoçu Polina Viardo, qardaşı — bariton və pedaqoq Manuel Qarsiya. 1811 ci ildən ailəsi Neapola köçür. Mariya ilkdəfə 6 yaşında ikən valideynləri ilə səhnəni bölüşmüş olur. Mariya musiqi və oxuma dərslərini atasından alır. 1815 ci ildə ailəsi Parisə, daha sonra Londona köçür. Mariya London ətrafında, Hammersmitdə monastır kollecində təhsil alır. 1824 cü idə beş dil bilən Mariya kolleci bitirir. 1825 ci ildə London Kral Operasında Coakkino Rossininin Sevilya bərbərində Rozina rolunda çıxış edir. Mövsümün sonunda atası ilə Nyu-Yorka gələrək, atasının rəhbərliyi ilə tamaşaya qoyulmuş Mosartın Don Covanni operasında Çerlina partiyası ilə çıxış edir. Nyu-Yorkda Maria özündən 26 yaş böyük bankir Ejen Malibranla tanış olur və tezliklə ona ərə gedir. Evliliklərindən bir neçə ay sonra əri müflisləşir. Beləki, Mariya çıxışlarından əldə etdiyi qazancı ilə ərinə yardım etmək məcburiyyətində qalır. Bir il sonra ərindən ayrıldıqdan sonra Avropaya dönür. Parisdə özünə yer tapa bilməyən Mariya İngiltərə və Belçika bir qədər qonaq qismində qaldıqdan sonra 1832 ci ildə İtaliyaya gəlir. Burada o, Roma, Neapol, Milan, Venesiya və Boloqna opera səhnələrini fəth edir. Maiya Malibran belçikalı viyola ustası və bəstəkar Şarl Ogüst de Beriota (1802–1870) aşiq olur və 6 il birgə yaşayışdan sonra 1836 cı ildə ona ərə gedir. 1833 cü ildə onların bir oğlu, sonralar pianoçu kimi tanınacaq Şarl Çarls Vlfrid Beriot (1833–1914) dünyaya gəlir. 1836 cı ilin aprel ayında Londonda Hayde parkında ov zamanı atdan düşərək Mariya bərk zədə alır. Ayağının amputasiya olunacağından ehtiyatlanaraq, müalicədən imtina edən hamilə Mariya qəzadan 5 ay sonra İngiltərədə, Mançesterdə vəfat edir. Mariya Malibran tək qeyri adi opera müğənnisi deyildi. O, bəstəkar , məharətli pianoçu, arfa ifaçısı, rəssam, eyni zamanda dərzi idi. Öz libaslarını demək olar ki bir hissəsini özü tikmişdir. Mariya həm də zəkalılığı, dərrakəliyi və gözəl ifadə etmə qabiliyyəti ilə xüsusi seçilirdi. Mariya Malibran dəfnində vidalaşmaq üçün 50 000-də çox pərəstişkarı iştirak etmişdir. Mariya Brüsseldəki Notre-Dame de Laeken kilsəsinin həyətindəki məzarlıqda dəfn edilmişdir. Məzarının üsündə bu sözlər yazılmışdır: "Gözəllik, dahi və məhəbbətdir bu qadının adı."

Xatirəsi

  • Barselona Baş teatrında mariya Malibanın barelyefi vurulmuşdur.
  • Venesiyadakı Malibran teatrı məhz Mariya Malibranın şərəfinə adlandırılmışdır.
Tombe de la Malibran.JPG
Mariya Malibranın məqbərəsi
Teatre Principal - Maria Malibrán.jpg
Mariya Malibranın barelyefi
Teatro Malibran.jpg
Malibran teatrı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mariya malibran sözünün mənası, mariya malibran haqqında məlumat. mariya malibran nədir? mariya malibran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Qviana

  • Mart 06, 2026

    Kalmarlar

  • Mart 01, 2026

    TRT 1

  • Mart 01, 2026

    Suvanna Fuma

  • Fevral 27, 2026

    Altaylar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst