Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qüvayi-milliyə (osman. قواى مليه ; hərfi tərcümədə"}]],"parts":[{"template":{"target":{"wt":"Lit","href":"./Şablon:Lit"},"params":{},"i":0}}]}'>hərf. "Milli Qüv

Qüvayi-milliyə

  • Ana Səhifə
  • Vikipediya
  • Qüvayi-milliyə

Qüvayi-milliyə (osman. قواى مليه ; hərf. "Milli Qüvvələr" və ya "Milliyyətçi Qüvvələr") – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə) birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar.

Qüvayi-milliyə
قواى مليه
Növü Militant
Yaranma tarixi 1918-1921
Ölkə
  •  Türkiyə
Tabedir Türkiyə Böyük Millət Məclisi
Sayı

5000 nəfər (1919)

15000 (1920)
Şüarı Ya istiqlal, ya ölüm!
Rəngləri Qırmızı və ağ
Müharibələr Türkiyə İstiqlaliyyət müharibəsi
Komandanlıq
Məşhur komandirləri Mustafa Kamal Atatürk
Çərkəz Əthəm
Yörük Əli Əfə
Şahin Bəy
Topal Osman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Mudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı. Təsdiq edilməmiş Sevr müqaviləsi ilə Anadolunun bölünməsinə qarşı çıxan insanlar müqavimətə qoşuldular. Fransa-Türkiyə müharibəsini demək olar ki, yalnız Türkiyə tərəfində olan Qüvayi-milliyə birlikləri aparırdı. Qərbi Anadoluda Qüvayi-milliyə nizami ordu qurulana qədər yunan ordusuna qarşı vur-qaç taktikası ilə vuruşdu. Qüvayi-milliyənin müqaviməti yunanların Anadoluda irəliləməsini ləngitdi.

Qüvayi-milliye milisləri. Orijinal şəkil 1919-cu ilə aiddir.

Qüvayi-milliyənin dağılması

Qüvayi-milliyə Türkiyənin qurtuluşunda müqavimətin ilk addımı sayılsa da, sonradan nizamsız müharibəyə son qoyuldu. Milisdə nizam-intizam və təcrübə yox idi; Yunanlara qarşı daha böyük açıq meydan döyüşlərində şansları yox idi. 1920-ci ilin sentyabrında onlar qərb cəbhəsində 15.000-dən az qüvvə ilə 107.000-dən çox adamdan ibarət yüksək təlim keçmiş və yaxşı təchiz edilmiş Yunan Ordusunun irəliləməsini dayandırmalı oldular. Türkiyə Böyük Millət Məclisi açıldıqdan sonra müxtəlif Qüvayi-milliyə qrupları birləşdirilərək nizami ordu yaradıldı. Qüvayi-milliye 1920-ci ilin sonlarında ləğv edildi. Baxmayaraq ki, Qüvayi-milliyənin bəzi hissələri hələ 1921-ci ilə qədər cənub cəbhəsində döyüşürdü. Birinci İnönü döyüşü daimi ordunun yunan qüvvələrinə qarşı vuruşduğu ilk müharibədir.

Üsyançılar

Bəzi Qüvayi-milliyə qrupları, ən çox da Çərkəz Əthəmin Qüvayi Səyyarəsi qüvvələrinin dağıdılmasından imtina edərək Ankara hökumətinə qarşı qiyam qaldırdı. Yaranmış yeni nizami ordu Türkiyə Qurtuluş Döyüşünün sonunda həm Yunan Ordusunu, həm də Üsyançı Qüvvələri məğlub etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qüvayi-milliyə haqqında məlumat. Qüvayi-milliyə nədir? Qüvayi-milliyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Ankvab

  • Fevral 27, 2026

    Acipenser

  • Fevral 27, 2026

    Əzizə Məmmədova

  • Fevral 27, 2026

    Baykovo qəbiristanlığı

  • Fevral 27, 2026

    Viktor Çernomırdin

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst