Maki — Qax rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.
| Maki |
|---|
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maki haqqında məlumat. Maki nədir? Maki nə deməkdir?