Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan.
| Mahir Cürət | |
|---|---|
| Ümumi məlumatlar | |
| Digər adı | Mahir Cürət |
| Doğum adı | Mahir |
| Doğum tarixi | |
| Doğum yeri | Corat, Sumqayıt, Azərbaycan SSR |
| Musiqiçi məlumatları | |
| Fəaliyyət illəri | 1990-cı ildən |
| Musiqi aləti | klarnet |
| Təhsili | tam orta |
Həyatı
Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü.
Həbsi
2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahir Cürət haqqında məlumat. Mahir Cürət nədir? Mahir Cürət nə deməkdir?