Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsi

Madaqaskar (ada)

  • Ana Səhifə
  • Vikipediya
  • Madaqaskar (ada)

Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsimnə görə dördüncü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587 040 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir. Adanın ən hündür nöqtəsi sönmüş Marumukutru vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana silsiləsində yerləşir. Adanın şimalındadır. Ancafi platosu isə adanın mərkəzi hissəsini əıhatə edir. Ada şərqə doğru alçalır. Burada olan 5 zirvənin hündürlüyü 2600 keçir. Ada ərazisində dəmir, mis, qızıl kimi zəngin sərvətlər vardır. Düzənlikləri bataqlıqlaşmışdır. Afrikadan bir qədər aralıda yerləşməsinə baxmayaraq zəngin bitki və heyvanlar aləminə sahibdir. Dünya canlılar aləəminin 5 % adada görmək olar. Bu canlılar aləminin 80 % endemikdir. Bunlar arasında ən tanınmışları lemurlardır. Zəngin endemik növ çeşidliyinə görə Madaqaskarı kiçik materik adlandırırlar. Şimal nöqtəsi — De Ambre burnu (11 °C. e və 49° ş. u), cənub nöqtəsi — Vohimena burnu (35 °C. e və 45° ş. u), qərb nöqtəsi — Mannonka burnu (22 °C. e və 43° ş. u) və şərq nöqtəsi — İst burnu (15 °C. e və 50° ş. u).

Madaqaskar adası
malaq. Madagasikara
Ümumi məlumatlar
Sahəsi 587041 km²
Hündür nöqtəsi 2961 m
Əhalisi 20.042.552 nəfər (2008-ci il)
Yerləşməsi
19°20′ c. e. 47°04′ ş. u.HGYO
Ölkə  Madaqaskar
Akvatoriya
  • Hind okeanı
Madaqaskar adası xəritədə
Madaqaskar adası
Madaqaskar adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Madaqaskar (ada) haqqında məlumat. Madaqaskar (ada) nədir? Madaqaskar (ada) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cami ət-Təvarix

  • Fevral 23, 2026

    Qərbi Asiya

  • Fevral 27, 2026

    Gürgan şəhristanı

  • Fevral 27, 2026

    Sidr

  • Fevral 24, 2026

    Monteneqro bayrağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst