Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

MIM-104 Patriot— ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin

MIM-104 Patriot

  • Ana Səhifə
  • Vikipediya
  • MIM-104 Patriot

MIM-104 Patriot— ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.

MIM-104 Patriot
Almaniya HHQ-nə məxsus Patriot sistemi
Tipi Uzun mənzilli zenit-raket kompleksi
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismar illəri 1981–davam edir
İstismara başlanması 1981
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər Körfəz müharibəsi
İraq müharibəsi
Qoruyucu Sərhəd əməliyyatı
Suriya vətəndaş müharibəsi
Yəmən vətəndaş müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Raytheon, Hughes və RCA
Yaranma tarixi 1969
İstehsalçı Raytheon Company
İstehsal illəri 1976
İstehsal sayı 1106 ədəd ABŞ Ordusunun silahlanmasında
172-dən çoxu ixrac edilib
10,000-dən çox raket istehsal olunub
Variantları Variantları bölməsinə bax
Xüsusiyyətləri
Ağırlığı 444 kq
Uzunluğu
  • 5,31 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl Patriot sistemi satın almağa qərar vermişdir. Polşa da ABŞ-yə məxsus bir divizion Patriot zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən Torun və Ustka şəhərlərinə köçürülmüşdür. 4 dekabr 2010-cu il tarixində NATO Suriya vətəndaş müharibəsinin baş verməsi səbəbilə Patriot raket sistemlərinin Türkiyə ərazisində yerləşdirildiyini açıqlamışdır.

Patriot raket sistemi 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarmışdır. Sistem, həmçinin 2003-cü ildə İraq müharibəsi zamanı və 2015-ci ildə başlamış Yəmən vətəndaş müharibəsi zamanı aktiv şəkildə istifadə olunmuşdur. 2014-cü ildə İsrail tərəfindən başladılan Qoruyucu Sərhəd əməliyyatı ərzində İsrailə məxsus MIM-104D divizionu Həmasa məxsus iki ədəd PUA-nı məhv etməyi bacarmışdır. 23 sentyabr 2014-cü ildə İsrail hava məkanını pozan Suriya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsi İsrailə məxsus Patriot divizionu tərəfindən atəşlə məhv edilmişdir.

Mündəricat

Variantları

MIM-104A

Patriot zenit-raket kompleksinin ilkin variantı MIM-104A "Standard" adlanır. Bu raket sadəcə olaraq təyyarə və digər uçuş avadanlıqlarına qarşı istifadə olunurdu və ballistik raketləri zərərsizləşdirmək funksiyası daşımırdı. 1980-ci illərin sonunda Patriot sisteminin yeni növ inkişaf etdirilmiş raketlərlə təchiz edilməsindən sonra bu ilkin raket növündən əvvəlki qədər istifadə olunmurdu.

MIM-104B (PAC-1)

Bu varianta radarın axtarış yolu və öz alətlərini xarici amillərdən müdafiə etmək bacarığı əlavə edilmişdi. Modernizasiyadan sonra radarın axtarış bucağı 25 dərəcədən 89 dərəcəyə qədər qaldırıldı ki, bu da sistemin parabolik trayektoriya ilə hərəkət edən ballistik raketlərə qarşı effektivliyini kifayət qədər artırdı. Ballistik raketlərə qarşı müdafiə qabiliyyətinin qazanılması nəticəsində Patriot sisteminin müdafiə etdiyi obyektlər də dəyişdi. Əvvəllər bu sistem daha böyük əraziləri düşmənin hava hücumundan müdafiə etdiyi halda, artıq modernizasiyadan sonra bu sistemin qarşısına daha kiçik "nöqtə" hədəfləri düşmən hücumundan müdafiə etmək tapşırığı qoyuldu.

MIM-104C (PAC-2)

1980-ci illərin sonuna qədər Patriot sisteminin ballistik raketlərə qarşı mübarizə aparmaq qabiliyyətinin qazanmasına baxmayaraq, MIM-104A/B raketlərinin həmin ballistik raketləri tam şəkildə məhv etmək qabiliyyəti sual altında idi. Bu da PAC-2 raketinin yaradılması zərurətini ortaya çıxardı.

Ümumi sistem olaraq bu modernizasiya PAC-1-in bənzəri idi. PAC-2 variantında radarın axtarış alqoritmləri və "TBM axtarış" protokolu daha da inkişaf etdirildi. PAC-2, həmçinin Patriotun ilk əsas raket təkmilləşdirməsi kimi də yadda qalmışdır. Bu raket ballistik hədəflərə qarşı daha optimal şəkildə mübarizə apara bilir. Modernizasiya nəticəsində yüksək sürətli hədəflərin nişanalma prosedurları optimallaşdı və ballistik raketlərlə mübarizə aparmaq üçün nəzərdə tutulan sistemin metodu da dəyişdirildi.

PAC-2 variantı ilk dəfə 1987-ci ildə sınaqdan keçirildi və 1990-cı ildə ABŞ Ordusunun silahlanmasına qəbul edildi.

MIM-104D (PAC-2/GEM)

1990-cı illərdə və 21-ci əsrin əvvəllərinə qədər PAC-2 variantı üzərində xeyli sayda modernizasiya işləri həyata keçirildi. Beləliklə, PAC-2 variantının əsasında dörd növ yeni variantın əsası qoyuldu ki, bunlara da kollektiv olaraq idarəolunan inkişaf etdirilmiş raket (GEM) adı verildi.

2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsi ərzində bu raketlərdən aktiv şəkildə istifadə olundu. Bu yeni raketlər əvvəlki variantlarla müqayisədə daha sürətli döyüş başlığına sahib olmaqla yanaşı, düşmən tərəfindən istifadə olunan radarda görünmək imkanı azaldılan raketlərə qarşı da kifayət qədər effektiv idi.

ABŞ-nin İraq ərazisində həyata keçirdiyi əməliyyatlar başa çatdıqdan sonra GEM və PAC-2 raketləri üzərində yeni modernizasiya işləri aparıldı. Bu modernizasiya proqramı çərçivəsində GEM/T və GEM/C adlı yeni raketlər istehsal olundu. Yeni istehsal olunan raketlər aşağı yüksəklikdən uçuş həyata keçirə bilən, radara düşmək potensialı (RCS) azaldılmış qanadlı raketlərə qarşı da effektiv idi. GEM+ variantı 2002-ci ildə ABŞ Ordusunun silahlanmasına daxil edildi. ABŞ Silahlı Qüvvələri hazırda öz arsenalında olan PAC-2 və GEM raketlərini GEM/C və GEM/T səviyyəsinə çatdırmağı planlaşdırır.

MIM-104F (PAC-3)

PAC-3 buraxıcı qurğusu.

Sistemin təqribən bütün aspektlərinin tamamilə modernizasiya olunması nəticəsində PAC-3 adlı yeni variant yaradıldı. Yeni sistem 1995, 1996 və 2000-ci illərdə mərhələlərlə silahlanmaya qəbul olundu.

"Lockheed Martin Missiles and Fire Control" Patriot hava hücumundan müdafiə sisteminin yeni variantı olan PAC-3-ün əsas modernizasiya işlərini həyata keçirən şirkət oldu. Yeniləşdirmə nəticəsində sistemin raketlərinin atəş məsafəsi təqribən 50% artırıldı. İlk PAC-3-lər 6 oktyabr 2015-ci ildə ABŞ Ordusunda silahlanmaya qəbul olundu. Bu raketlər uzun mənzilli ballistik raketləri zərərsizləşdirmək potensialına sahibdir.

İstifadəçilər

Niderland Niderland
  • Niderland Kral Ordusu (PAC-2 və PAC-3)
Almaniya Almaniya
  • Almaniya Hərbi Hava Qüvvələri
Yaponiya Yaponiya
  • Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələri (PAC-2 və PAC-3)
İsrail İsrail
  • İsrail Hərbi Hava Qüvvələri
    • İsrail Hava Hücumundan Müdafiə Komandanlığı (GEM+ "Yahalom") – Davud Qalxanı sistemi ilə əvəz ediləcək
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
  • Səudiyyə Ərəbistanı Hava Hücumundan Müdafiə Qüvvələri
Küveyt Küveyt
  • Küveyt Hərbi Hava Qüvvələri 2010-cu ilin avqustunda ABŞ-nin Müdafiə və Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi Küveytə 209 ədəd MIM-104E PAC-2 raketinin satılacağını açıqlamışdır. 2012-ci ilin avqustunda Küveyt ABŞ-dən 60 ədəd MIM-104F PAC-3 raketi, dörd ədəd radar və 20 ədəd buraxıcı qurğu satın almışdır.
İordaniya İordaniya
  • İordaniya Hərbi Hava Qüvvələri İordaniya HHQ Almaniyadan satın aldığı üç və ya dörd divizion Patriot sisteminə sahibdir. Bu divizionlar Suriya ilə sərhədin yaxınlığında yerləşən İrbid şəhərində dislokasiya olunmuşdur. 2017-ci ilin mart ayında İsraillə Suriya arasında baş vermiş münaqişədən sonra İordaniya hökumətinin sözçüsü olan Məhəmməd Momani Suriyadan gələ biləcək mümkün raket hücumuna qarşı Patriot raketlərini hazır vəziyyətdə saxladıqlarını açıqlamışdı.
Çin Respublikası Çin Respublikası
  • Tayvan Silahlı Qüvvələri
Yunanıstan Yunanıstan
  • Yunanıstan Silahlı Qüvvələri
İspaniya İspaniya
  • İspaniya Ordusu
Cənubi Koreya Cənubi Koreya
  • Koreya Respublikası Hərbi Hava Qüvvələri (PAC-2, PAC-3)
Birləşmiş Ərəb Əmirlikləri BƏƏ
  • BƏƏ Silahlı Qüvvələri
Qətər Qətər
  • Qətər Silahlı Qüvvələri
  • 2012-ci ilin noyabr ayında Qətər ABŞ-dən 246 ədəd MIM-104E GEM-T və 786 ədəd PAC-3 raketi satın almışdır.
ABŞ ABŞ

ABŞ Ordusunun silahlanmasında 1106 ədəd Patriot sistemi var. 2010-cu ilə olan məlumata görə onlardan 483-ü aktiv xidmətdədir.

Həmçinin bax

  • Zenit-raket kompleksi
  • ABŞ Ordusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, MIM-104 Patriot haqqında məlumat. MIM-104 Patriot nədir? MIM-104 Patriot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 14, 2026

    12 fevral

  • Fevral 27, 2026

    Belarus iqtisadiyyatı

  • Fevral 27, 2026

    Monteneqro Universiteti

  • Fevral 27, 2026

    Rita Ora

  • Fevral 27, 2026

    Marallar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst