Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı – 1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.
| Məmmədhəsən Əfəndizadə | |
|---|---|
| |
| Doğum tarixi | 2 fevral 1872 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 may 1918 (46 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | pedaqoq |
Həyatı
Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub. (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir
Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmmədhəsən əfəndizadə sözünün mənası, məmmədhəsən əfəndizadə haqqında məlumat. məmmədhəsən əfəndizadə nədir? məmmədhəsən əfəndizadə nə deməkdir?
