Məmmədbəyli — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd, Məmmədbəyli kənd inzibati ərazi dairəsinin mərkəzi.
| Məmmədbəyli | |
|---|---|
| |
| 39°10′48″ şm. e. 46°45′20″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Zəngilan rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Məmmədbəyli | |
Məmmədbəyli kəndi Həkəri çayının sahilində yerləşir.
Toponomikası
Kəndin keçmiş adı Tərəkəmə olmuşdur. XIX əsrdə kənd Məmməd bəy Zəngilaniyə məxsus olduğuna görə sonralar onun adı ilə tanınmışdır.
Tarixi
Rusiya İmperiyası dövründə Məmmədbəyli kəndi Yelizavetpol quberniyasının Qaryagin qəzasına daxil idi.
Sovet dövründə kənd Azərbaycan SSR-in Zəngilan rayonunun tərkibində idi. Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin avqust ayında, kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan sonra kənd dağıdılmışdır. Mənzil binaları, kənd məktəbi və qəbiristanlıq məhv edilmişdir.
20 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Məmmədbəyli kəndinə nəzarəti bərpa edərək kəndi işğaldan azad etmişdir.
Kəndin bərpası
28 oktyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Məmmədbəyli kəndinin açılışı baş tutmuşdu, kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edilmişdi. Əvvəllər Məmmədbəyli kəndi İkinci Ağalı kəndindən təqribən şərq istiqamətində yerləşirdi, amma bərpa vaxtı Məmmədbəyli kəndi bərpa olunmuş Ağalı kəndindən təqribən qərb istiqamətində bərpa olundu. Ağalı kəndi isə həmin zamanlarda təqribən İkinci Ağalı və Üçüncü Ağalı kəndlərinin yerində bərpa olunmuşdu; amma o zamanlarda Birinci Ağalı, İkinci Ağalı və Üçüncü Ağalı kəndləri hələ ki rəsmən birləşməmişdilər.
Əhalisi

1886-cı il ailə siyahılarından çıxarılmış "Zaqafqaziya bölgəsinin əhalisinin statistik məlumatlar məcmuəsinə" əsasən, Cəbrayıl qəzasının Qəvalin kənd qəzasına daxil olan Tərəkəmə (Məmmədbəyli) kəndində 93 ev və 426 azərbaycanlı (mənbədə "tatar" olaraq göstərilmişdir) yaşayırdı. Onlar İslam dininin şiə məzhəbinə mənsub müsəlmanlar idilər.
1912-ci il "Qafqaz təqvimi"nə görə, Qaryagin qəzasının Məmmədbəyli kəndində əsasən azərbaycanlılardan (təqvimdə "tatar" kimi qeyd edilmişdir) ibarət 761 nəfər yaşayırdı.
1933-cü il yanvarın 1-nə olan məlumata əsasən, Məmmədbəyli kəndi Azərbaycan SSR-in Zəngilan rayonunun Məmmədbəyli kənd sovetinə daxil idi. Kənddə 796 nəfər əhali, 163 təsərrüfat (0 ümumi təsərrüfat, 163 fərdi təsərrüfat) vardı. Əhalinin 387 nəfəri kişi, 409 nəfəri isə qadın idi.
Sayı
- 1981-ci ildə – 996 nəfər.
- 2004-cü ildə – 1763 nəfər.
Şəxsiyyətləri
- Həsən Rəhimov — filologiya elmləri doktoru, professor
- Nəsib Piriyev — fizika -riyaziyyat elmləri namizədi
- Mütəllim Həsənov — şair, publisist, müəllim.
- Zahid Piriyev — iqtisad elmləri namizədi.
- Qüdrət Mehdiyev — fizika-riyaziyyat elmləri namizədi.
- Sabir Əmirəliyev — tibb elmləri namizədi.
Mədəniyyət abidələri
Kənddə memar Əli Məcdəddinin tikdiyi türbə vardır. Türbədə Yəhya ibn Məhəmməd əl-Hac adlı şəxs dəfn edilmişdir. Yahya ibn Məhəmməd əl-Hacın türbəsi XIV əsrin əvvəllərinə aid olan memarlıq abidəsidir. Türbə 1305-ci ildə ipək yolu üzərində memar Əli Məcidəddin tərəfindən inşa edilmişdir.
1975-ci ildə türbənin yeraltı hissəsində qazıntı işləri aparılmış və bu qazıntılar nəticəsində məzar otağı aşkar edilmişdir.
Həmçinin bax
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədbəyli haqqında məlumat. Məmmədbəyli nədir? Məmmədbəyli nə deməkdir?
