Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi.
| Məhcur Şirvani | |
|---|---|
| Doğum yeri | |
| Təhsili | Dini təhsil |
| Fəaliyyəti | şair, müəllim |
Həyatı
XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII–XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.
Firidunbəy Köçərli "Azərbaycan ədəbiyyatı materialları" əsərində onun "Gəl, vəqtidir" rədifli tərcibəndini çap etdirib.
Əsərləri
- "Qisseyi-Şirzad" əsəri. Əsərdəki hadisələr Məhcur Şirvaninin dövrünün siyasi hadisələri ilə uyğun gəlir. O dövrdə III Abbasın ölümündə Nadir şahın əlinin olması ilə bağlı şayiələr var idi. Ehtimal edilir ki, əsərdəki Kamil vəzir obrazı ilə Şirvani Nadir şahın mənfi imicini yaratmağa çalışmışdır.
Ədəbiyyat
- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 193–200.
- Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhcur Şirvani haqqında məlumat. Məhcur Şirvani nədir? Məhcur Şirvani nə deməkdir?