Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqra qalası, Qırmızı qala (hind. आगरा का किला, urdu آگرہ قلعہ‎ — «Лал-Кила»)- Hindistanın Aqra şəhərindəki möhkəmləndirilmiş istehkamdır, Moğol imperiyası dövrü

Aqra qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Aqra qalası

Aqra qalası, Qırmızı qala (hind. आगरा का किला, urdu آگرہ قلعہ‎ — «Лал-Кила»)- Hindistanın Aqra şəhərindəki möhkəmləndirilmiş istehkamdır, Moğol imperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala da 1983-cü ildə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilərə açıq deyil.

UNESCO-nun Ümumdünya irsi obyekti
Aqra qalası
Ölkə  Hindistan
Tip Mədəni
Kriteriya iii
Keçid 251
Region Asiya və Okeaniya 
Daxil edilməsi 1983  (7 sessiya)
Aqra qalası xəritədə
Aqra qalası
Aqra qalası
  1. UNESCO-nun təsnifatına görə bölgə

Tarixi

Teymuri Babur Dehli sultanları Sikəndər Ludi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və baoli (akveduk) çəkdirmişdir . Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı.

Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən I Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladılmışdır. Burada o, köhnə və yarı uçuq Bədəlqar qalasını bərpa etdi ("Əkbərnamə"nin müəllifi, saray tarixçisi Əbdül Fazalın sözlərinə görə). Artıq 1571-ci ildə qala tamamilə racastan qırmızı qumdaşıdan divarla əhatə olunmuşdu. Böyük Əkbərin davamçıları, xüsusən də Şah Cahan 17-ci əsrin əvvəllərində qalanı genişləndirdilər. Əkbər dövründə mərmər elementləri olan qırmızı qumdaşına üstünlük verildiyi halda, Şah Cahan zamanında tikinti materialı kimi qızıl və qiymətli daş naxışları ilə bəzədilmiş ağ mərmərdən istifadə olunurdu. 1648-ci ildə paytaxt yenidən Dehliyə köçürüldü, bununla əlaqədar Qırmızı Qala bir müddət öz əhəmiyyətini itirdi.

1658-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Övrəngzib atası Şah Cahanı Qırmızı Qalada ev dustaqlığında saxladı və o 1666-cı ildə orada öldü. 1761-ci ildə Bharatpur knyazlığının catları Aqranı Moğollardan fəth etdilər və 13 il ərzində Qırmızı Qalada möhkəmləndilər. Cahavir Singh, Cahangirin qara mərmər taxtında oturaraq, Bharatpuru Aqradan idarə etdi. 1768-ci ildə elə orada öldürüldü. 1774-cü ildə Aqra Nəcəf Xan tərəfindən tutuldu (1775-ci ilə qədər catları demək olar ki, bütün mülklərindən məhrum etmiş, onlara yalnız Bharatpur civarını saxlamışdı). 1785-ci ildə Aqranı və Qırmızı qalasını marathi maharacası Mahadci Şinde ələ keçirmişdir.

1803-cü ildə qala İngilis qoşunları tərəfindən tutuldu. 1857-ci ildə Sipahilər üsyanı zamanı qala silahlı toqquşmalar məkanı idi.

Galereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqra qalası haqqında məlumat. Aqra qalası nədir? Aqra qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəhai terrasları

  • Fevral 27, 2026

    Asetilsalisilli turşu

  • Fevral 27, 2026

    Simnan dili

  • Fevral 27, 2026

    Merkuri layihəsi

  • Fevral 27, 2026

    Səff surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst