Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — Azərbaycan ictimai-siyasi xadimi, tarixçi, tarix elmləri doktoru, professor.

Məhərrəm Zülfüqarlı

  • Ana Səhifə
  • Vikipediya
  • Məhərrəm Zülfüqarlı

Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — Azərbaycan ictimai-siyasi xadimi, tarixçi, tarix elmləri doktoru, professor.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı
Doğum tarixi 19 avqust 1955(1955-08-19) (70 yaş)
Doğum yeri
  • Ucar, Ucar rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
  • tarix elmləri doktoru (2018)
Elmi adı
  • professor
İş yerləri
  • AMEA Tarix və Etnologiya İnstitutu,
  • Bakı Dövlət Universiteti,
  • Bakı Biznes Universiteti,
  • Azərbaycan Universiteti,
  • Azərbaycan Turizm və Menecment Universiteti
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi

Mündəricat

Həyatı

19 avqust 1955-ci il Ucar şəhərində anadan olub. 1972-ci ildə 2 saylı Ucar şəhər orta məktəbi fərqləmə ilə bitirib Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) tarix fakültəsinin əyani şöbəsinə daxil olub.

1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim, 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant, 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, 1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdir, 1998–2000-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, 2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, “Magistratura şöbəsi”nin müdiri vəzifələrində çalışıb. 2017–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2023–2024-cü illərdə Azərbaycan Universitetində “Azərbaycan tarixi” fənnini tədris edib.

2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində işləyir. 2010–2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin elmi katibi olmuş, Universitetdə nəşr olunan "Turizm və otelçilik tədqiqatları" jurnalının məsul katibi vəzifəsində çalışmış, hazırda “H. Əliyev lektoriyası”nın rəhbəri, "İctimai fənlər kafedrası"nın professorudur. 2017–2023-cü illərdə universitetdə nəşr olunan, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin nəşr üçün töfsiyyə etdiyi "Turizm və Qonaqpərvərlik" beynəlxalq elmi jurnalın məsul katibidir.

1990-cı ilin iyununda BDU-nun tarix fakültəsinin Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə, 2010-cu ildə dosent elmi adına layiq görülüb. 27 yanvar 2018-ci il tarixdə BDU-nun Tarix fakültəsinin Müdafiə Şurasında dissertasiya müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 4 iyul 2018-ci il tarixli qərarı ilə tarix üzrə elmlər doktoru elmi dərəcəsinə, 7 oktyabr 2022-ci il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adına layiq görülüb. AMEA Tarix İnsititutunun nəzdində tarix üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün təşkil olunmuş Müdafiə Şurasının üzvüdür.

Türkiyə, Quzey Kipr, ABŞ, Almaniya, İsveç, Belçika, Polşa, Bolqarıstan, İran, Rusiya, Gürcüstan və s. dövlətlərdə keçirilmiş elmi-praktik konfranslarda və digər tədbirlərdə iştirak edib.

Azərbaycan, türk, rus, ingilis, fransız, alman, italyan, ispan, potuqal və fars dillərində nəşr olunmuş 219 elmi əsərin, o cümlədən 103 kitabın, 108 elmi məqalənin, 8 medodik işin, 610  qəzet məqaləsini müəllifidir.

Siyasi fəaliyyəti

1988–1991-ci illər Azərbaycan Milli Azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Xalq Cəbhəsi Sumqayıt təşkilatı İdarə Heyətinin üzvü, 1993–1994-cü illərdə AXC Sumqayıt Təşkilatının Sədri, 1996–2004-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası sədrinin "Təbliğat və Mətbuat üzrə" müavini olmuşdur.

2004–2005-ci illər Azərbaycan Milli Araşdırma Assosiasiyasının icraçı direktoru, 2005–2025-ci illər İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, 2007–2024-ci illər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri, virtse prezidenti, Korrupsiyaya qarşı mübarizə fondunun eksperti, Milli QHT Forumu İdarə heyətinin üzvü (2008–2022), Jurnalistlər birliyinin üzvü. Uzun illər "525-ci qəzet", "Ədalət" qəzetlərində köşə yazarı olub. Hazırda "Bakı Xəbər" qəzeti ilə əməkdaşlıq edir.

Mükafatlar

  • Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il 1205 nömrəli sərancamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubley medalı
  • Şah İsmayıl Xətainin fəaliyyətinə həsr olunmuş beynəlxalq elmi konfransın (İİR Ərdəbil şəhəri 06 Avqust 2014) qızıl nişanı, stolüstü medalı 
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı (2015-ci il)
  • Millli QHT Foruumunun İdarə Heyətinin Fəxri Fərmanı (2005-ci il) 
  • Azərbaycan Turizm və Menecment Universiteti Rektorunun Fəxri Fərmanları (2015 və 2022-ci illərdə) illər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhərrəm zülfüqarlı sözünün mənası, məhərrəm zülfüqarlı haqqında məlumat. məhərrəm zülfüqarlı nədir? məhərrəm zülfüqarlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İraq mühafəzələri

  • Fevral 23, 2026

    Ağciyər

  • Fevral 27, 2026

    Troya atı

  • Fevral 27, 2026

    Qarabağ mehmanxanası

  • Fevral 27, 2026

    Uşak

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst