Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist.

Məhəmməd Baharlı

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Baharlı

Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist.

Məhəmməd Baharlı
Məhəmməd Əhməd oğlu Əhmədov
Doğum tarixi 12 mart 1948
Doğum yeri Baharlı, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 iyun 2019 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti yazıçı, jurnalist

Mündəricat

Həyatı

Məhəmməd Baharlı 1948-ci il 12 martda Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970–1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971–1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986–1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988–1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989–1992), "Təhsil" qəzetinin baş redaktoru (1992–1993) işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində işləmişdir.

Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" ali jurnalist və "Araz" ali ədəbi mükafatların laureatıdır. "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülmüşdür. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibidir.

Əsərləri

  • 1.Dərs müasirlik tələb edir. Bakı: Maarif, 1981, 63 səh.
  • 2.Gəlin gülək. Bakı: Yazıçı, 1985, 140 səh.
  • 3.Həyat işığı. Bakı: Gənclik, 1988, 45 səh.
  • 4.Məktəbdə pedaqoji işə rəhbərlik. Bakı: Təhsil, 1999, 100 səh.
  • 5.Dünya təhsil sistemi: dünən, bu gün, sabah. Bakı: Azərbaycan, 2002, 144 səh.
  • 6.Qoca türkün şərqiləri (150 şeir). Bakı: Mars, 2003
  • 7.Azərbaycan tarixi: Baharlılar. Bakı: Adiloğlu, 2010. 50 səh.
  • 8.Seçilmiş əsərləri. I cild. "Publisistika (axtarışlardan sensasiyalaradək)". Bakı, 2012. 209 səh.
  • 9.Seçilmiş əsərləri. II cild. "Poeziya (Qoca türkün şərqiləri)". Bakı, 2012. 240 səh.
  • 10.Seçilmiş əsərləri. III cild."Proza (Povest, hekayə və yumorlar)". Bakı, 2012. 264 səh.
  • 11.Seçilmiş əsərləri. IV cild. "Pedaqogika (Məktəbdə pedaqoji işə rəhbərlik)". Bakı, 2012

Həmçinin bax

  • Baharlılar
  • Vəliyevlər
  • Azərbaycan dili və ədəbiyyatı tədrisi (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Baharlı haqqında məlumat. Məhəmməd Baharlı nədir? Məhəmməd Baharlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lüdmila Qurçenko

  • Fevral 28, 2026

    Jak Pikkar

  • Fevral 27, 2026

    Çimbay

  • Mart 01, 2026

    Əsl öküz

  • Fevral 27, 2026

    Karib hövzəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst