Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmmədəmin Həbibul­la oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri dok­toru (1968), professor (1971), Azərbaycan Milli Elml

Məhəmmədəmin Şahtaxtinski

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmmədəmin Şahtaxtinski

Məhəmmədəmin Həbibul­la oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri dok­toru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi.

Məhəmmədəmin Şahtaxtinski
Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski
Doğum tarixi 10 iyul 1932
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 aprel 2011 (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Həbibulla bəy Şahtaxtinski
Milliyyəti azərbaycanlı
Təhsili Moskva Energetika İnstitutu
Fəaliyyəti fizik
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor
Mükafatları "Şöhrət" ordeni — 20042004 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 19911991

Mündəricat

Həyatı

Məhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb.

Əmək fəaliyyəti

Məhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib.

Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991).

Akademik fəaliyyəti

Məhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. O, 1981-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. Alimin fizika sahəsində qazandığı elmi nailiyyətlərinə görə onlarla patent və müəlliflik şəhadətnamələri alıb. Belə ki, o, 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəh­bərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilib.

Məhəmmədəmin Şaxtaxtinskinin tədqiqatları bərk cisimlər fizikasına aiddir. O, bu sahədə yeni elmi istiqamətin əsasını qoyub. Yarımkeçirici və yarımmetalların bərk məhlullarında yük daşıyıcıların enerji spektri və elektron xassələri arasında ümumi qanunauyğunluğu müəyyən edib, onların qalğanomaqnit və termoelektik xassələrində bir sıra anomaliyanın, maqnitoplazma dalğalarının dispersiyasının miqdarı cəhətdən şərhinin mümkünlüyünü, aşkar halların bərk məhlulun tərkibindən asılı olmayaraq dəyişməsini göstərib. Yarımkeçiricilərin termodinamikasının tədqiqində, bir sıra orijinal metodika və qurğuların yaradılmasında yaxından iştirak edib. Şaxtaxtinskinin rəhbərliyi ilə yüksək keyfiyyətli iqtisadi cəhətdən sərfəli poladlar yaradılıb, böyük sürətlə işləyən etibarlı və sərfəli, sağlamlıq üçün zərərsiz çapetmə metodikası işlənib hazırlanıb. O, Fransada kristalların yetişdirilməsi üzrə beynəlxalq konfransda məruzə edib.

Ölümü

Məhəmmədəmin Şaxtaxtinski 23 aprel 2011-ci ildə Bakı şəhərində vəfat edib.

Mükafatları

Məhəmmədəmin Şaxtaxtınski "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb və Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Həmçinin bax

  • Şahtaxtinskilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədəmin Şahtaxtinski haqqında məlumat. Məhəmmədəmin Şahtaxtinski nədir? Məhəmmədəmin Şahtaxtinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zaparojya Seçi

  • Fevral 27, 2026

    İCarly

  • Mart 01, 2026

    Adiabatik proses

  • Fevral 27, 2026

    Gənclər yurdu

  • Fevral 27, 2026

    Tacikistan Prezidenti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst