Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti.

Münster Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Münster Universiteti

Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti.

Münster Universiteti
Universität Münster
Universität Münster
Loqonun şəkli
Əsası qoyulub 16 aprel 1780
Tələbə sayı 43.728
Ölkə
  •  Almaniya Federativ Respublikası
Sayt uni-muenster.de
51°57′50″ şm. e. 7°36′47″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniyanın beşinci ən böyük universiteti və alman intellektual həyatının aparıcı mərkəzlərindən biridir. Universitet Təbiət, Sosial və Humanitar elmlər üzrə geniş spektrli fənlər təklif edir. Bəzi kurslar ingilis dilində də tədris olunur, o cümlədən doktorantura proqramları, habelə geoinformatika, coğrafi-məkan texnologiyası və ya informasiya sistemləri üzrə aspirantura kursları.

Universitetin professorları və keçmiş tələbələri Avropanın ən nüfuzlu və ən yaxşı maliyyələşdirilən mükafatı olan on Leibniz mükafatı, Filds medalı və iki Nobel mükafatı qazanıblar.

Şloss — universitetin inzibati mərkəzi və simvolu

Mündəricat

Tarixi

Universitet XVI-cı əsrin sonlarında Münster Yezuit Kolleci kimi inşa edilmişdir.

1780-ci ildə, müasir Münster Universiteti 4 fakültə ilə qurularaq istifadəyə verildi: Hüquq, Tibb, Fəlsəfə, İlahiyyat.

1843-cü ildə Kral İlahiyyat və Fəlsəfə Akademiyası (Königliche Theologische und Philosophische Akademie), qeyri-rəsmi olaraq Münster Akademiyası (Akademie Münster) adlandırıldı.

22 avqust 1907-ci ildə Konstitusiya məhkəməsi rəsmi olaraq universitetin adını Vestfaliya Vilhelm Universitetinə dəyişdirdi.

2023-cü ildə universitet Münster Universiteti (Universität Münster) adlandırıldı.

Avropa dərəcələri

1999-cu ildə Bolonya Prosesi başladı, onun məqsədi ali təhsil ixtisaslarının standartlarının və keyfiyyətinin müqayisəliliyini təmin etmək idi. Münster Biznes İdarəetmə və İqtisadiyyat Məktəbi ilk olaraq bakalavr və magistr dərəcələrini təsis etmişdir.

2006—2007-ci ilin qış semestrində bütün tədris bakalavr — magistr sisteminə keçirilib. İstisnalara tibb, stomatologiya, əczaçılıq və hüquq sahəsində Staatsexamen-ə aparan tədqiqatlar daxildir.

Akademik strukturu

Universitetin Tibbi Araşdırmalar Mərkəzi
Musiqi Konservatoriyası
Entrance English Seminar


  • Hüquq fakultəsi
  • İqtisadiyyat fakültəsi
  • Protestantlıq İlahiyyat fakültəsi
  • Katolik İlahiyyat fakültəsi
  • Sağlamlıq Elmləri fakültəsi
  • Təhsil və Sosial Elmlər fakültəsi
    • Kommunikasiya Elmləri İnstitutu (KEİ) (PR, Jurnalistika, Media Elmi)
  • Psixologiya və İdman Elmləri fakültəsi
  • Tarix — Fəlsəfə fakültəsi
  • Filologiya fakültəsi
  • Riyaziyyat və İnformatika fakültəsi
  • Fizika fakültəsi
  • Kimya və Əczaçılıq fakültəsi
  • Biologiya fakültəsi
  • Yer Elmləri fakültəsi
  • Musiqi fakültəsi

Kitabxanası

Münster Universiteti və Dövlət Kitabxanası universitetin tədqiqat, tədris və öyrənmə işlərini ədəbiyyat və məlumatlarla təmin edir. Kitabxana Münster Universitetinin və Münsterdəki digər universitetlərin tələbələri və işçiləri, eləcə də şəhər və bölgə sakinləri üçün əlçatandır. O, dövlət kitabxanası olaraq, Vestfaliya haqqında ədəbiyyat və məlumatları əldə edir, indeksləşdirir və qoruyur və regionda tədqiqat, iş və təhsili dəstəkləyir.

Münster Universitetinin bütün kitabxana sistemi, təhsil, tibb, sosial elmlər bölmələri və Hollandiya Evindəki kitabxanası olan ULB-dən əlavə, fakültə və fakültələrdə daha 83 ixtisaslaşdırılmış kitabxanadan (2019-cu ilə qədər) ibarətdir.

Həmçinin bax

  • Almaniyada təhsil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, münster universiteti sözünün mənası, münster universiteti haqqında məlumat. münster universiteti nədir? münster universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kabarda-Balkariya bayrağı

  • Fevral 27, 2026

    Elbric Cerri

  • Fevral 27, 2026

    Masazır

  • Mart 01, 2026

    Nəlbəki rəqsi

  • Fevral 27, 2026

    Nəşriyyat

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst