Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı i

Mübariz Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Mübariz Zeynalov

Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri. Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Mübariz Zeynalov
Ümumi məlumatlar
Ləqəbi Bol
Doğum tarixi 18 mart 1945
Doğum yeri SSRİ, Azərbaycan SSR, Kirovabad
Vəfat tarixi 8 avqust 2015 (70 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan, Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Boyu 172 sm
Çəkisi 70 kq kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
"Alüminium Zavodu" (Kirovabad) ? (?)
"Dinamo" (Kirovabad) 1963-1966 ? (?)
"Neftçi" (Bakı) 1966-1972 ? (?)
"Dinamo" (Kirovabad) 1972-1974 ? (?)
Milli yığma
Azərbaycan Azərbaycan 1992-1993
Məşqçisi olduğu klublar
"Kəpəz" (Gəncə) 1993 ? (?)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Həyatı

Mübariz Zeynalov 1945-ci il martın 18-də Kirovabad şəhərində anadan olmuşdur.

Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanlar doğma şəhərin daşlı, qəmbərli küçələrində öyrənib. 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxır. Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna götürdülər və bir il də orada oynayır. 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilir. 1965-ci ildə "Dinamo" "Klas B"-də çempion olaraq "A qrupu"na vəsiqə qazanır və Mübariz Zeynalov da SSRİ İdman Ustası adını qazanır.

1966-cı ildən "Neftçi"nin heyətində çıxış edir. 1968-ci ildə dizindən ciddi zədə alır və Moskvada əməliyyat olunur. Bu səbəbdən də 1 il oynamır. 1969-cu il mövsümünün yarısından yenidən oynamağa başlayır. Ümumilikdə "Neftçi"də 130-a yaxın görüş keçirmişdir.

Həmin vaxtlarda Kirovabadda Kənd Təsərrüfatı İnsitutunda oxuyurdu, amma onu oyunlar səbəbindən smesterlərə gedə bilmədiyi üçün təhsildən xaric etmişdilər. Elə bu vaxtlarda Bakıda yataqxana liftində təsadüfən Kirovabadın ikinci katibi Tofiq Kazımov ilə qarşılaşır. Hansı ki, o, institutlara nəzarət edirdi. Mübariz ona İnstitutdan çıxarıldığını deyir və ondan köməklik istəyir. Tofiq Kazımov bildirdi ki, onu instituta bərpa etmək çox asandır.

"Amma bir şərtim var. Gəl Kirovabadda oyna, səni İnstitutuna qaytarım və bir ev verəcəm".

Beləliklə 1972-ci ildə Kirovabada qayıdır, İnstitutun 3-cü kursuna bərpa edilir və iki il orada oynadıqdan sonra 1974-cü ildə 29 yaşında ikən futbolçu karyerasını başa vurur. Bu haqda sonralar o, belə demişdir:

"Bəzi şeylərə görə peşmanam. Karyeramı erkən bitirdiyimə görə, futboldan uzun illər kənarlaşdığıma görə peşmanam. Nə etmək olar, həyat davam edir, qismət belə imiş.".

1992-1993-cü illərdə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birlikdə Azərbaycan milli futbol komandasında məşqçi, 1993-cü ildə "Kəpəz"də baş məşqçi kimi fəaliyyət göstərib.

Uzun bir müddət futboldan kənar qaldıqdan sonra, 2010-cu ildən AFFA-da seleksiyaçı-məşqçi kimi çalışmışdır.

Ömrünün sonunda – 31 mart 2015-ci ildən "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü idi.

Vəfatı

Mübariz Zeynalov 2015-ci ilin avqust ayının 8-də vəfat etmişdir. O, uzun müddət müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etmişdir. Ömrünün son aylarda 2 dəfə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Sonuncu dəfə veteran futbolçunun vəziyyəti ölümündən bir ay öncə pisləşmiş və o, komadan ayılmamışdır.

Ailəsi

1970-ci ildən nişanlı olmuş və karyerasını başa vurduqdan sonra 1974-cü ildə ailə qurmuşdur. Onların 2 qız və bir oğlu dünyaya gəlmişdir.

Uğurları

SSRİ çempionatı
  • "A qrupu":
    • Bürünc medal (1): 1966
  • "Klas B":
    • Qızıl medal (1): 1965

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mübariz zeynalov sözünün mənası, mübariz zeynalov haqqında məlumat. mübariz zeynalov nədir? mübariz zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yumurta (anatomiya)

  • Mart 03, 2026

    Mozambik adası

  • Mart 06, 2026

    Eduard Montut

  • Fevral 27, 2026

    Bəhram Osmanov

  • Fevral 27, 2026

    Quba atı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst